Bir sual, bir cavab – Doğuşun gecikməsinin səbəbləri və təhlükəsi nədir?
17.12.2021 13:16
Hər bir hamilə qadının arzusu hamiləliyini sona qədər başa çatdırıb dünyaya sağlam körpə gətirməkdir. Uşağın yarımçıq doğulmasının mənfi nəticələri hamıya yaxşı məlumdur.
Hamiləliyin 40-42 həftəsindən sonra baş verən gecikmiş doğuşlar isə nadir hallarda rast gəlinir. Lakin, o da uşaq üçün təhlükəlidir.
0-42 həftədən sonra baş verən doğuşlar 8% halda rast gəlinərək, yenidoğulmuşların xəstələnmə göstəricisini 29%-ə qədər artırır. Doğuşu gecikdirən çoxsaylı amillər vardır. Onun əsas səbəbi – hormonal disbalansdır, hansı ki, doğuş fəaliyyətinə cavabdeh olan hormonların aktivliyinin azalması ilə özünü göstərir.
Digər faktorlar da var ki, hamiləliyin gedişinə neqativ təsir edir. Bunlardan cinsiyyət orqanlarının funksional pozğunluqları, keçirilmiş infeksion xəstəliklər, uşaqlıqda şişlər, qalxanvari vəzin patologiyaları, şəkərli diabet, piylənmə, yumurtalıqların fəaliyyətinin pozulması, ilk hamiləliyin 35 yaşından sonra olması, iri döl və ya irsi səbəbləri sadalamaq olar.
Gec doğulan uşaqlar yüksək oyanıqlıqdan əziyyət çəkir, pis yatır, dayanmadan ağlayır, tez-tez qaytarır və pis çəki yığır. Sonralar onlarda fiziki və psixi inkişafdan geriqalma aşkar olunur, epilepsiya, vitamin defisiti və hiperaktivlik kimi problemlər əmələ gəlir.
Hamiləliyin gecikməsinin qarşısının alınmasına yönəlmiş xüsusi profilaktik tədbirlər yoxdur. Lakin, əgər qadının yaxın qohumlarında və ya özünün əvvəlki doğuşlarında gecikmiş doğuş olarsa, uşaqda patologiyaların yaranmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır.
Cərrah mama-ginekoloq Ramilə Abbaszadə
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

