Həkim reportajı: 14 gün şəkərdən uzaq olmaq sağlamlığımıza nə verər?
13.12.2021 15:02
Həddindən artıq şəkər istehlakının damarlara və orqanlara ciddi ziyan vurduğu məlumdur.
 
Şəkərdən və sadə karbohidratlardan cəmi 2 həftə uzaq durmaq olduqca faydalıdır. 14 gün ərzində şəkəri həyatınızdan çıxarmağa çalışın. Bu qısa bir müddət belə sizə sağlam həyatın qapılarını açmış olar.
 
Mütəxəssislərin asılılıq olaraq təyin etdiyi şəkərin istehlakını məhdudlaşdırmaq lazımdır. Çünki gün ərzində bəzi içkilər, şirniyyatlar və hazır yemək istehlakı ilə şəkərlə çox yüklənirik.
 
Gündəlik şəkər ehtiyacını qarşılamaq üçün yalnız yarım banan istehlak etmək kifayətdir. Damarlarda xroniki iltihabın əsas səbəbi olduğu sadə şəkər istehlakı damarları qocaldaraq ömrü qısaldır. Bütün bunlarla yanaşı beyinə də ciddi ziyan vurur.
 
Qan şəkərinin qəfil düşməsi şəkər istəyinin əsas səbəbidir. Tutaq ki, naharda gözəl salatla ət yediniz və ya düyü plovu yerinə aşağı qlisemik indeksli bulğur plovuna üstünlük verdiniz. Bizdə aclıq hissi yaradan insulin hormonu yavaş-yavaş yüksələcəyi üçün siz daha sonra ac qalacaqsınız. Beləliklə, şirni istəyi böhranı aradan qalxacaq.
 
Bir araşdırmada iştirakçılara 10 gün ərzində vafli və ya konfet kimi qəlyanaltı verildi. Daha sonra onlardan enerjilərini, yorğunluqlarını və ümumi hisslərini qiymətləndirmələri xahiş olunur. Nəticədə, bütün iştirakçılar əvvəlki gəzintiləri zamanı özlərini enerjili hiss etdiklərini, qəlyanaltıdan sonra isə enerji səviyyələrinin daha aşağı olduğunu bildirdilər.
 
 
Əlbəttə ki, bu, tədqiqatın yalnız praktiki hissəsidir. Elmi cəhətdən şəkər istehlakı beyində bəzi kimyəvi maddələrin ifrazına təsir edir. Həddindən artıq şəkər istehlakı ilə endorfin və serotonin hormonları daha az ifraz olunduğu üçün yorğunluq hissi də artır.
 
Şəkər dərinin vaxtından əvvəl qocalmasına, parlaqlığının azalmasına və daha çox sızanaq əmələ gəlməsinə səbəb olur. Şəkər istehlak olunduqca insulin hormonu daha çox ifraz olunur və bu, qadınlarda androgen hormonunu artıraraq sızanaqların əmələ gəlməsinə səbəb olur. Kişilərdə insulinin artması kişi hormonu testosteronun azalmasına səbəb olur.
 
Həddindən artıq şəkər istehlakı damarlarda lövhə əmələ gəlməsini və xroniki iltihabı artırır. Bu, oynaq ağrıları, diabet kimi problemlərə və digər xəstəliklərə səbəb olur. Beyinə gedən qan damarları da iltihaba və ateroskleroza məruz qalır.
 
Şəkərli qidalar qəbul etdikcə daim qan şəkərində ani dalğalanmalar baş verir və halsızlıq, yorğunluq, konsentrasiya pozğunluğu yaşanır. Həmçinin, beyin hər zaman “çox” şəkərlə qidalanmağa öyrəşdiyi üçün yeganə enerji mənbəyindən istifadə edərək tənbəl olur. Ancaq şəkərdən imtina etdikdə sinir hüceyrələri daha çox stimullaşdırılmalı və yenilərini çıxarmalı olduqlarını düşünür və beləliklə yeni hüceyrələr əmələ gəlir.
 
professor Dərya Uludüz
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib