Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib
03.12.2021 17:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdən əvvəl Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevlə birgə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

 

Mərkəzin açılışı tədbirində S.Babayev bildirib ki, 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günündə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin – Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının növbəti təzahürüdür.

 

Nazir qeyd edib ki, 2019-2020-ci illərdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 11 ayında 7500-dən çox əlilliyi olan şəxsə xidmət göstərilib, əlilliyi olan 8 min şəxs 40 mindən artıq protez-ortopedik və digər reabilitasiya vasitəsi ilə təmin edilib.

 

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 1600 qaziyə xidmət göstərildiyini deyən S.Babayev 1100-dək Qarabağ müharibəsi əlilinə 10800 reabilitasiya vasitəsi verildiyini, 164 hərbçinin 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyini bildirib. O, Nazirliyin Bakıda iki Uşaq Reabilitasiya Mərkəzinin olduğunu, müasir tələblərə uyğun qurulmuş həmin mərkəzlərdə il ərzində 3 minədək uşağın  tibbi, sosial, həmçinin tədris-peşə reabilitasiya tədbirləri ilə əhatə olunduğunu bildirib. Uşaq reabilitasiya infrastrukturunun genişləndirilməsi işlərinin aparıldığını deyən nazir bu gün Qəbələdə daha bir belə mərkəzin açıldığını qeyd edib. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyini bildirib.

 

S.Babayev diqqətə çatdırıb ki, yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verəcək.

 

S.Abdullayev ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, Qəbələdə belə bir mərkəzin yaradılmasının bölgədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə təminatına mühüm bir dəstək olduğunu bildirib.

 

Sonra Uşaq Reabilitasiya Mərkəzində yaradılmış şəraitə baxış olub. 

 

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə müasir cihazlarla, tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstəriləcək. Tədris-peşə reabilitasiyası, müəyyən tədris metodikaları da həyata keçiriləcək. Eləcə də musiqi, əmək terapiyaları əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanacaq.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib