Bir sual, bir cavab – Rolandik epilepsiya nədir?
02.12.2021 17:48
Rolandik epilepsiyası başqa sözlə uşaqlıq dövrünün sentro-temporal iti dalğalı fokal epilepsiyasıdır. Bu epilepsiya zamanı nevroloji defisit görünmür. Roland epilepsiyası zamanı qıcolmalar gecə meydana gələn fokal başlanğıclı tonik klonik tutmalar və gündüzlər baş verən sadə fokal tutmalardır.
Xəstəlik 2-12 yaşda başlayır, 5-10 yaşda pik həddə qalxır. Qıcolmalar əsasən gecə yuxuda və oyanma zamanı baş verir. Tutmalar tonik-klonik formada da olur. Gündüzlər də sadə fokal tutmalar (kiçik tutma) baş verir. Epileptik tutmanın müddəti qısadır. Tipik qıcolma üzün yarısını tutur. Tutma 1-2 dəqiqə davam edir.
Yuxudan oyanan zaman generalizə tonik-klonik tutmalar müşahidə edilir. Tutma zamanı xəstə üzünün bir yarısında uyuşuqluq hiss edir. Tutmadan öncə uşaq danışa bimir.Uşaq səhərə yaxın dilin və üzün keyiməsi hissi ilə yuxudan oyanıb, anası tərəfə gedir və dilində və üzündə nəysə olduğunu izah etməyə çalışır. Bu zaman danışa bilmir,ağzının bir yarısından tüpürcək də axa bilər. Üzün bir yarısında klonik yığılma baş verir.
Rolandik epilepsiya zamanı birinci qıcolmadan sonra müalicə təyin edilmədən izlənməlidir. Epileptik tutmalar əsasən bir antiepileptik preparatla kontrola alınır.
Diaqnozun vaxtında qoyulması və düzgün təyin edilmiş müalicə zamanı xəstəliyin proqnozu yaxşıdır və tam sağalma mümkündür.
nevropatoloq Aynur Zeynalova
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

