Dərinin irinli zədələnməsi olan piodermiya hansı səbəblərdən yaranır?
01.12.2021 12:30
Piodermiya dərinin irinli zədələnməsi olub, irin əmələ gətirən kokkların (stafilokk, streptokokk, pnevmokokk, bağırsaq çöpləri, vulqar proteylər, göy irin çöpləri) dəridə məskunlaşması nəticəsində əmələ gəlir.
Aztibb.az xəbər verir ki, bunu uzman dermatoloq Lalə Cahangirova deyib. Onun sözlərinə görə, bu problemin yaranma səbəbi kiçik travmalar (kəsiklər, cızıqlar və s.), dərinin çirklənməsi, həddindən artıq isinmə və donması, daxili orqanların, mərkəzi sinir sisteminin funksiyalarının pozulması, maddələr mübadiləsindəki pozğunluqlar, infeksiyalara qarşı individual olaraq həssaslığın artması və s. ilə bağlıdır.
Xəstəliyin yaranmasına səbəb olan hallar:
-su-lipid mantiyasının müdafiə xüsusiyyətinin azalması, dəri səthinin qələvi reaksiyası;
- dərinin nəmliyinin və absorbsiya xüsusiyyətinin artması;
- immunitetin aşağı düşməsi.
Piodermiyanın bir neçə forması vardır:
Vezikulopustulyoz (periporit) - daha çox tərləyən və yüksək hərarət almış dərilərdə rast gəlmək olar. Proses zamanı tər axacaqları zədələnir, qızartı fonunda kiçik pustulalar meydana çıxır. Səpkilərin sayı çox olaraq gövdəyə, bükənəcəklərə, başın tüklü hissəsinə yayılır. Terapiyaya vaxtlı-vaxtında başlandıqda xəstənin ümumi vəziyyəti pisləşmir və 3-7 gün ərzində səpkilər itir.
Streptokokk İmpentiqosu - proses zədələnməmiş dəridə başlayır. Ancaq həşərat dişləməsindən, qoturluq, atopik dermatit, zökəm, irinli otitlərdən sonra da tez tez rast gəlinir. Törədici uşaqlara oyuncaqlar vasitəsilə, paltar, dəsmallar vasitəsilə keçir. Xəstəlik əsasən üz dərisində yastı 0,5-1 sm ölçüsündə irinciklərin meydana çıxması ilə xarakterizə olunur. Sonrakı mərhələdə quruyaraq qabığa çevrilirlər və çəhrayı ləkələrlə əvəz olunurlar. Çapıq toxuması əmələ gəlmir. Pustulalar selikli qişalara da (burun, dodaq, yanaq, damaq) sirayət edir.
Səthi panarisiya - bir və ya bir neçə dırnaq lövhələri ətrafında qızartı fonunda çoxlu irinli suluqların olması ilə xaraterizə olunur. Ocaqda ödem, ağrı qeyd olunur, bədən hərarəti 37,8 dərəcəyə çatır.
Ağ dəmirov (quru dəmirov) əsasən yaz-payız aylarında rast gəlinir, səbəb daha çox dərinin yuyunmadan sonra tam qurumamasıdır. Üzün və ətrafların dərisində solğun-çəhrayı, 2-3 sm diametrli solğun-çəhrayı ocaqlar əmələ gəlir.
Vulqar impentiqo – yüngül qızartı fonunda ocaqlar əmələ gəlir ki, quruduqdan sonra bunun yerində sarımtıl-yaşıl rəngli qabıqlar meydana çıxır. Qabıqların tökülməsindən sonra yerində müvəqqəti olaraq piqmentasiya qalır.
Papulo-erroziv streptodermiya – piodermiyanın bu növü daha çox körpə uşaqlar üçün xarakterikdir. Əsasən də həzm sistemində problemi olan, raxitdən əziyyət çəkən uşaqlarda rast gəlinir. Daha çox sarğı nahiyyəsi, budun içəri və bayır səthləri, aralıq dərisi zədələnir. Göyümtül-qırmızı rəngdə 0,6 sm diametrində zədələnmə ocaqları meydana gəlir.
Piodermiyayla xəstə şəxslərdə, xüsusən də uşaqlarda dırnaqlar dərin kəsilməli və günaşırı yodun spirtdə məhlulu ilə silinməlidir. Xəstənin istifadə etdiyi yataq ağları sodalı su ilə qaynadılmalıdır.
Xroniki piodermiya vəziyyətində şirin və çox duzlu qida məhsullarına, kəskin qidalara, məhdudiyyət qoyulmalıdır. Qida rasionuna meyvələr, tərəvəzlər və digər vitaminlərlə zəngin qidalar daxil edilməlidir.
"Unutmamalıyıq ki, xəstəliyin ilk əlamətləri göründükdə vaxtında dermatoloqa müraciət edib, müalicə alaraq xəstəlikdən daha qısa zamanda azad olmaq mümkündür", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

