Bir sual, bir cavab – Rozasea xəstəliyi nədir ?
28.11.2021 18:04
Rozasea xəstəliyi üz dərisinin qızartılı və irinli səpgiləri ilə göstərən xroniki dəri xəstəliyidir. El dilində digər adı qızıl gül xəstəliyi kimi də ifadə edilir.
Üzdə qızarıqlıq və qaşıntı şikayətləri ilə özünü biruzə verir. Yanaqlarda quruluq və yanma hissi də ola bilir. Lakin, bir çox rozasea xəstələri üzündə yağlanma problemindən şikayətlənirlər. Bəzi xəstələrdə üzdə qızartı və yanma probleminə paralel şəkildə sızanaq xəstəliyinə bənzər şəkildə papulo-pustulyar irinciklər də ola bilər. Məhz bu özəlliyinə görə bu rozasea xəstəliyinə çəhrayi sızanaq xəstəliyi də deyilir.
Çəhrayi sızanaq xəstələrində üzdə eritema zəminində teleangiektaziya olaraq adlandırdığımız qırmızı rəngli damarlanma problemi də yarana bilər. Kişilərdə rozaseanın burun forması da görülə bilir. Belə xəstələrdə burunda qızarıqlıq və damarlanma müşahidə edilir. Burun yağlanması və sızanaqlar meydana gəlir.
Çəhrayi sızanaq xəstəliyi polimorf səpgilərə və müxtəlif klinik formalara malikdir. Otuz yaşdan yuxarı qadınlarda daha çox yaranır. Rozasea gözləri də cəlb edir.
Rozasea xəstəliyi ekzogen və endogen səbəblərdən yaranır. Rozaseanın endogen səbəbləri dermatoloq həkim tərəfindən araşdırılır və ciddi xəstəliklər aşkar edilidiyi təqdirdə gərəkli tədbirlər görülür. Ekzogen səbəblərə isə stress, günəş şüaları, isti mühit, isti hava, soyuq hava və külək, spirtli içkilər, bibərli kəskin qidalardan istifadə etmək, qaynar içkilər və yeməkdən istifadə vərdişi daxildir.
Qadınlarda rozasea problemi menapauza mərhələsində də yaranamağa başlayır. Bəzi dərman istifadəsi rozaseanın yaranma səbəbi ola bilər. Üzdə gənə və ya demodeks paraziti də rozasea xəstəliyinin səbəbi ola bilər. Kipriklərdə gənə isə rozaseanın göz forması və gözətrafı qızartıların səbəbi ola bilir.
Ölkəmizdə rozasea gənə xəstəliyi kimi də tanınır. Lakin təəssüflə demək lazımdır ki, ölkəmizdə gənə xəstəliyi isə sızanaq xəstəliyi qarışdırılaraq pasientlərə bəzən xətalı diaqnozlar və müalicələr verilir. Görsəndiyi kimi rozasea xəstəliyinin yaranma səbəbi polifaktorialdır. Rozaseanın müalicəsi və profilkatikası isə topikal antiparazitar məlhəmlər, losionlar, nəmləndiricilərdən istfadə edilir. Daxilə isə müvafiq antibiotiklər və retinoidlər təyin edilir. Bir sözlə rozasea xəstəliyinin müalicəsi vardır.
uzman həkim Mehdi İskəndərli
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

