Təcrübə həkimləri üçün metodik tövsiyə
21.11.2021 15:14

Məlum olduğu kimi, dünya tibb elminin yeni məlumatlarının həcmi sürətlə artır və müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil.

 

Tibbi praktikada yeni klinik protokolların istifadəsi sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və  tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir.

 

Aztibb.az xəbər verir ki, dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan www.ebmg.az informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər. Resursdan azərbaycanlı həkimlər də faydalana bilirlər.

 

Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) portalında tibbi protokollarla yanaşı, sübutlara əsaslanan beynəlxalq məlumat bazaları da vardır ki, 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazılmaları, dermatoloji və göz xəstəliklərinin 1400-dən çox şəkilləri və təsviri istifadəçilərə təqdim olunur.  

 

EBMG klinik protokollar dövlət səviyyəsində milli səhiyyə nazirlikləri tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində çalışan həkimlər üçün standart olaraq lisenziyalaşdırılıb.

 

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir