Koronavirus hissəciklərinin müxtəlif səthlərdə fəsillər üzrə qalma müddəti - Tədqiqat
02.09.2020 11:27

Yeni növ koronavirusa (COVID-19) dair aparılan eksperimentlər nəticəsində məlum olub ki, bu virusun hissəcikləri müxtəlif səthlərdə yaz və payız aylarında orta hesabla 17-30 saat, yayda 2-5 saat arasında qala bilir.

 

Aztibb.az tass.ru-ya istinadla xəbər verir ki, tədqiqatçılar yeni yoluxma hallarına yol verilməməsi üçün şəxsi gigiyenaya yüksək səviyyədə riayət olunmasını və potensial yoluxma səthlərində müntəzəm dezinfeksiya işləri aparılmasını tövsiyə edirlər.

 

ABŞ-ın epidemioloqları və bioloqları Kanzas Universitetinin professoru Yurgen Rixtin rəhbərliyi ilə SARS-CoV-2 virusu hissəciklərinin müxtəlif iqlim şəraitində və temperaturda qala bilmə müddətini izləyiblər. Tədqiqatçılar koronavirus hissəciklərini müxtəlif səthlərə, o cümlədən tibbi əlcək və maskalar, beton, karton, plastik və poladın üstünə qoyublar. Bundan sonra alimlər onları hermetik kameralarda yerləşdiriblər. Həmin kameralarda yaz, yay, payız, habelə qızdırılmış otaq üçün səciyyəvi olan temperatur və rütubət olub.

 

Alimlər viruslardan vaxtaşırı nümunələr götürərək onların yaşama qabiliyyətini öyrəniblər. Məlum olub ki, yay vaxtı virus, kifayət qədər tez yoxa çıxıb. Belə ki, onu bütün növ materialların səthinə qoyduqdan sonra 2-5 saat ərzində yaşama qabiliyyətini itirib.

 

Lakin payız və ya yaz üçün tipik şəraitdə viruslar yay ilə müqayisədə 5-6 dəfə çox müddət ərzində mövcud olublar. Maraqlı odur ki, parça və beton səthdə qalmaq virus hissəcikləri üçün çox çətin olub, plastik və karton üstündə isə istənilən iqlim şəraitində daha çox qalıblar. Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətləri səthlərin dezinfeksiyası, maskaların utilizasiyası və xəstələrin geyimlərinin təmizlənməzi zamanı nəzərə almaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama