Şəmkirdə göz xəstəliklərinin pulsuz müayinəsi təşkil olunub - FOTO  
12.11.2021 16:19

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır. Ötən illər ərzində xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində praktiki addımlar atılıb, respublikada sosialyönümlü siyasətin uğurla həyata keçirilməsi üçün mühüm tədbirlər, geniş sosial layihələr həyata keçirilib, əhalinin sağlamlığının qorunması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Bu istiqamətdə görülən işlərə Birinci-vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları əvəzsiz töhfələr verib.

 

Aztibb.az xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu günlərdə Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsinin təşkil olunması da ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.

 

Qeyd edək ki, "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq, həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak edib. Bildirilib ki, əməliyyat olunmağa ehtiyacı olan pasiyentlər aksiya çərçivəsində yaxın günlərdə pulsuz əməliyyat olunacaqlar.

 

Aksiya iştirakçıları dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edib, müayinə və müalicənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır