Pandemiya dövründə ana və uşaq sağlamlığının qorunması ilə bağlı təlimlər keçiriləcək
31.08.2020 15:04

COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının mühafizəsi və infeksiyaların profilaktikası tədbirlərinin gücləndirilməsi layihəsinə start verilib. 

 

USAİD və UNİCEF-in dəstəyi ilə koronavirus pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə respublikanın 11 şəhər və rayonunda qadın məsləhətxanaları, uşaq poliklinikaları, şəhər və rayon xəstəxanalarının mama-ginekologiya, neonatologiya və pediatriya şöbələrinin həkim və tibb bacıları üçün təlim kursları təşkil ediləcək.

 

Layihə çərçivəsində təşkil ediləcək təlim kurslarında UNİCEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ÜST-ün beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında ilkin mərhələdə 550 həkim və tibb bacısı iştirak edəcək. Növbəti mərhələdə isə www.ecourses.az onlayn təhsil platformasında keçiriləcək video-təlimlər daha 300 həkim və tibb bacısını əhatə edəcək.

 

Layihənin sonunda hazırlanmış video-təlim kursu həmin portalda tibb işçilərinin istifadəsi üçün ilin sonunadək əlçatan olacaqdır ki, bu daha çox tibb işçisinin istənilən zaman platformaya daxil olub həmin kursdan yararlanmasına imkan verəcək.

 

Təlimlər zamanı iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş hamilələrin və uşaqların müalicəsinin idarəedilməsinə dair bilik və bacarıqları artırılacaq.

 

İlkin təlimlər 250 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Sentyabr ayının əvvəlində Abşeron, Ucar, Quba, Ağcabədi rayonlarında və Şirvan şəhərində baş tutacaq növbəti təlimlərdə 250 həkim və tibb bacılarının iştirakı nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib