Bir sual, bir cavab: Qanunvericilik xəstələrin hüquqlarını necə qoruyur?
18.10.2021 14:36
Pasientlərin hüquqlarının etibarlı şəkildə müdafiəsi ilə bağlı hüquqi bazanın olmaması, xəstələrin səhv diaqnozların və müalicələrin aparılması səbəbindən həyat və sağlamlıqlarını itirməsi hallarının artması həkimlərə və səhiyyə xidmətinə vətəndaşların etibarsızlığını, inamsızlığını yaradır.
 
Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur.
 
Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasiyentlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb.
 
Həmin maddədə qeyd olunur ki, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla pasientin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var.
 
Qanunda göstərilir ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazrliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübədə bu müraciətlər əksər hallarda müsbət nəticələr vermir.
 
Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.Vurulan ziyanın ödənilməsi isə tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Mülki Məcəllənin tələbinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz vəs. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
 
Qanunvericilikdəki bəzi boşluqlar təcrübədə ciddi problemlər yaradır.
 
Dünya ölkələrində pasiyent-həkim münasibətlərinin tənzimlənməsi üçün fərqli təcrübələr var. Pasiyentin hüquqlarının qorunması ilə əlaqədar dünya ölkələri "Pasiyentin hüquqları haqqında Avropa Xartiyası", "Pasiyentin hüquqlarının təminatına yardım haqqında bəyannamə", "Pasiyentin hüquqları haqqında Lissabon bəyannaməsi" və s. kimi mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul edib.
 
Azərbaycanın Vəkillər Kollegiyasının sədri Anar Bağırov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib