Fiziki və kimyəvi stress nədir?   
11.10.2021 17:05

İnsanın yaşayış mühiti stresslərin  yaranmasına gətirib çıxarır. Stress orqanizmin, onun sabitliyini pozan təsirə qarşı fiziki ya da psixoloji reaksiyası və sinir sistemin buna uyğun olan durumudur. Ekoloji problemlərlə bağlı daha çox fiziki və kimyəvi stresslər olur.

 

Aztibb.az stress törədiciləri haqqında yazını təqdim edir.

 

Fiziki stress işıqlandırma, səs, vibrasiya sistemlərinin pozulmasından, eləcə də elektromaqnit şüalarının gücündən irəli gəlir. Bunların normadan artıq olması daha çox şəhərlərdə ya da müəssisələrdə müşahidə edilir. Bu zaman insanın təbii adapyasiya həddini aşan şərait yaranır.

 

Kimyəvi stresslərin törədiciləri çox olur. Son illər biosferamıza yad olan 7000-dən çox zərərli maddələr aşkar olunub. Bunlara ksenobiotiklər deyilir. Təbiət bunları həll edib yox edə bilmir, çünki bunlar ona yad ünsürlərdir. İnsan orqanizminin də bunlara qarşı qoruyucu gücləri yoxdur.

 

Çağdaş dünyada stressə əsasən sosial yaşamın psixoloji amilləri gətirib çıxarır. Eyni zamanda bu kimi stresslər təkcə real yaşamda deyil, həmdə virtual məkanda baş verir. TV-lərdən, internetdən, radiolardan alınan çeşidli və çox sayda informasiyalar, onların tərkibi və xarakteri stresslərə səbəb olur.

 

Bir neçə stress mərhələləri vardır. Bunlardan birincisi həyəcan və səfərbərlikdir. O zaman sinir sistemi xarici mühitdən hansısa siqnallar alır, sinir mərkəzləri isə onları dəyərləndirir, sonra qana və limfaya ötürür. Bundan sonra mürəkkəb reaksiyalar gedir və əsasən böyrəküstü vəzilərdə “stress hormonları” yaranmağa başlarır.

 

İkinci mərhələ orqanizmin “stress hormonlarının” basqısı altında işə saldığı müqavimət gücüdür. Belə olanda bədənin bütün sistemləri yüksək yüklə işləməyə başlayırlar.

 

Digər mərhələnin isə çeşidləri çoxdur. Əgər orqanizm bu basqının altından çıxaraq daha yüksək səviyyələrə yüksələ bilibsə, bu kompensasiya, yəni eustress mərhələsi adlanır. Eustresslər təkrar olunursa, onlar orqanizmin daha da çox adaptasiyasına təkan verirlər. Bədən stressin öhdəsindən gələ bilibsə, onda yeni, daha yüksək səviyəyə addım atır.

 

Əgər keçirilən stress orqanizmin gücdən düşməsinə, xəstəliyə və ölümə gətitirib çıxarırsa, onda buna üzücü stress (distress) deyilir. Stressin nə ilə sonuclanması təkcə onun gücü və basqısından asılı deyil, orqanizmin onun qarşısında dura bilməsi özəlliyindən də asılıdır. Nə qədər orqanizm sağlam və adaptasiyaya açıqdırsa, onun sistemləri müvazinətdədirsə, bir o qədər də  onun stressə güc gəlməsi ehtimalı artır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev