Pambıq və insan sağlamlığı Kökündən çiçəyinədək faydalı /Birinci yazı
03.10.2021 12:10

Pambıq bitkisinin faydaları uzun müddətdir öyrənilib və istehlak edilməkdədir. Bu bitki sənayedə, tibbdə, qida rasionu kimi və digər sahələrdə tətbiq edilir.

 

Geyim sənayəsində emalatın artmasıyla bərabər, pambığın yerini alan sintetik lif materialın toxuculuq sahəsində artımı görülməkdədir. İnsanların böyük hissəsi bu barədə dəqiq məlumata sahib olmadığından, sintetik materialın zərərlərinə çox da fokuslana bilmirlər.

 

Aztibb.az sintetik lifli paltarların sağlamlığa mənfi təsirləri, zəngin kimyəvi tərkibi olan pambığın sağlamlığa faydaları və pambıq geyimlərin əhəmiyyəti haqqında yazını təqdim edir.

 

Ümumiyyətlə, sintetik materialın zərərli olması təbii pambıq lifinə olan zərurəti artırır. Bu da imkan yaradır ki, sağlamlıq baxımından pambıq sanəyedə əsas xammal funksiyasını davam etdirsin.

 

Sintetik liflərin zərərli olmasını qeyd etdik. Bəs sintetik liflər nədən əldə olunur? Bu materialın ilk xammalı təbii qaz və neftdən ayrılmış məhsullardan, daş kömürdən, etiləndən və bunlar kimi mənbələrdən əldə olunur. Bu tip məhlulları mürəkkəb bir prosesin içində emal edərək, yüksək molekulyar maddələr əldə edilir. Əldə edilən yüksək molekulyar maddələrdən alınan məhluldan isə lif hazırlanır.

 

Mütəxəssislər tövsiyə edir ki, alt paltarları pambıq parçadan olmalıdır. Alt paltarı pambıq parçadan olarsa, dəri ifrazatları yaxşı şəkildə hərəkət edər. Sintetik parçalarda isə ifrazat pis hopur və dəridə qıcıqlanmalar ilə bərabər qaşıntılara səbəb olur.

 

Hamilə qadınlara isə ümumiyyətlə sintetik parçalı geyimlər məsləhət görülmür, çünki sintetik parça dərinin nəfəs almasına mənfi təsir göstərir və bədənin tərləməsinə mane olur. Bu da orqanizmə birbaşa təsir edən amillərdəndir.

 

Ümumiyyətlə, pambıq parçadan olan paltarlar insan bədənini sıxmır və bədənə istənilən formada yaxşı oturur. Təbii pambıq parçadan olan geyimlər insan bədəninə ağırlıq yaratmır, yəni bu tip paltarlar yüngül olur. Sintetik parçalarda isə bu nüanslar fərqlidir.

 

Bunlardan əlavə, paltar bədən çəkisinin 8-10 faizindən çox olmamalıdır, lakin sintetik liflər ağır olur.

 

Təbii pambıqdan olan geyimlərin boyası gec və ya çətin getdiyi üçün bədənə heç bir mənfi təsir yaratmır. Sintetik parçalı geyimlərdə isə boya asanlıqla çıxır.

 

Əgər isti havalarda sintetik materialdan olan paltar geyinmisinizsə, tərlədiyiniz zaman paltardan dərinizə bir çox maddə keçə bilər. Hətta, bu tip geyimləri yuduqda və ya üzərinə ətir sıxdıqda, paltarın tərkibindəki maddələr ilə qarışıqlıq yaranır.

 

Əyninizdəki geyim dar və sintetikdirsə, parça içərisində yer alan zərərli maddələr dəriyə hopa bilər.

 

Pambıq parça geyimləri bədənə lazımi şüaları yaxşı keçirir. Sintetik parçalar isə ehtiyac duyulan şüanı bədənə keçirmir. Kapron və neylon kimi sintetik materiallar ultrabənövşəyi şüaları 50-70 faiz dəyərində keçirir. Odur ki, günlük geyimlərinizdə çalışın pambıq parçalara önəm verin.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib