Regionlarda peyvənddən kənarda qalan uşaqların vaksinasiyası davam etdirilir
07.05.2024 14:19
Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və İmmunizasiya həftəsi ilə əlaqədar regionlarda peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.
 
Bu xəbər Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilib.
 
Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində davam etdirilir. TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” şüarı ilə kəndlərdə səyyar xidmətlər həyata keçirir. Həmçinin paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirirlər.
 
Tibb işçiləri üçün təşkil olunmuş təlimdə iştirak edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı 1974-cü ildə ÜST-nin təşəbbüsü ilə başladılan GİP-ə diqqət çəkərək, əldə edilən nailiyyətləri qeyd edib. Bildirib ki, proqram daha çox xəstəlik və daha geniş yaş dövrünü əhatə etməklə hər il 5 milyona qədər insanın həyatını xilas edir. Maraqlı tərəfdaşların və beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə peyvəndlərin faydasından hər bir insanın yararlanmasını təmin edə bilərik. Peyvəndlər nəsillər boyu sağlamlığı qoruyur.
 
Görüşdə iştirak edən TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov peyvəndlə bağlı səylərin vacibliyini vurğulayıb: “Bu kampaniyanın əsas məqsədi uşaqların peyvənd təqviminə uyğun olaraq peyvəndlənməsi, vaksinasiyasından imtina edilmiş uşaqların sayının minimuma endirilməsi, vaksinasiya işində dayanıqlılığın təmin edilməsidir”.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə ÜST-nin tövsiyələrinə uyğun Uşaqların İmmunizasiyası üzrə yeni Təlimat hazırlandığını və təsdiqlənməsinin yaxın günlərdə gözlənildiyini qeyd edib.
 
Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb edilib. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır