Sağlamlıq və ətraf mühit üçün təhlükə mənbəyi – Elektromaqnit çirklənmə
21.09.2021 17:20

Son on ildə insan fəaliyyəti nəticəsində elektromaqnit sahələri çox artıb. Belə sahələrin diapazonu hazırda da kəskin genişlənməkdədir.

 

Elektromaqnit dalğaları, yaxud elektromaqnit şüalanma elektrik cərəyanının yaratdığı elektromaqnit sahəsinin ətraf mühitə təsiridir. Elektron cihazlardan yayılan elektromaqnit dalğaları elektromaqnit çirklənmə yaradır. Elektromaqnit çirklənmə mənbələri arasında məişət texnikası, mikrodalğalı sobalar, televizor, radio, mobil telefon, elektron müşahidə sistemləri və radarlar vardır.

 

Aztibb.az dalğa və şüaların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər haqqında qısa yazını təqdim edir.

 

Elektromaqnit sahələri elektrik ötürücü xətlərin, radio və telestansiyaların, radiolokasiya və radiorabitə, mobil və peyk vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının yaxınlığında kəskin yüksək olur.

 

İnsan sağlamlığı və ətraf mühit üçün əsasən radio, infraqırmızı, ultrabənövşəyi dalğalar və ionlaşdırıcı şüalar təhlükə yaradır. Sonuncu qrup dalğalar fiziki xüsusiyyətlərinə görə rentgen, alfa, beta, qamma şüalara və neytron hissəciklərə bölünür.

 

Radiodalğalar əsasən köhnə tip elektron şüa borulu monitorlar tərəfindən şüalanır. Radiodalğaların göstəricisinin sanitar normalarından yüksək olması otaq havasındakı ağır ionların sayını artırmaqla gözlərdə qızartı, baş ağrısı, yorğunluq, sacların tökülməsi, ekzema, allergiya və s. hallar yaradır.

 

Tibbdə ifraqırmızı şüaların kiçik dozasından müalicə məqsədi ilə istifadə edilir. Bu, şüaların dərialtı toxumalarda yaratdığı istilik effekti ilə bağlıdır. Lakin infraqırmızı diapazonun yuxarı həddinin dalğaları müəyyən müddətdən artıq təsir göstərdikdə bədənin dərinliklərinə daxil olub toxumaları normadan artıq qızdırır. Nəticədə toxumalarda maye-duz balansı pozulur, müxtəlif dəri, göz, beyin və s. xəstəliklər yaranır.

 

Ultrabənövşəyi şüaların kiçik dozalarından da müalicə məqsədilə güclü bakterisid vasitə kimi istifadə olunur. Lakin müəyyən müddətdən artıq təsir göstərdikdə dəridə bədxassəli şişlər, gözdə katarakta və s. xəstəliklər yarada bilər.

 

İionlaşdırıcı şüalanma müəyyən maddə atomlarının rentgen, alfa, beta və qamma elektromaqnit dalğaları və ya neytron kimi radioaktiv hissəciklər şəklində enerji yaratması prosesidir. Atomların neytral haldan çıxaraq parçalanıb xaricə enerji axını yaratması, yəni şüalanması radioaktivliyə səbəb olur.

 

Radioaktivlik prosesi nəticəsində şüalar, eləcə də radioaktiv hissəciklər ətrafa yayılaraq canlıların daxilinə nüfuz edir. Şüanın dozası canlı toxumaların atomlarının nüvəsinin fiziki halını dəyişir.

 

 

 

Nəticədə toxumalarda bioloji reaksiyaların normal gedişi pozulur ki, bu da bir sıra ciddi xəstəliklərin, xüsusilə bədxassəli törəmələrin ‒ onkoloji xəstəliklərin yaranmasına səbəb olur. 

 

İonlaşdırıcı şüalanma (radiasiya) yaradan real mənbələrən biri elektromaqnit dalğaların və radionukloidlərin toxumalara təsir mexanizmlərinə əsaslanan diaqnostik və müalicəvi tibbi avadanlıqlar və onların tullantılarıdır. Buna rentgen, maqnit-rezonans, kompüter tomoqrafiya, radioterapiya aparatları və s. daxildir.

 

Bəzi mütəxəssislər elektromaqnit sahələrini bütün canlılar üçün fəlakətli nəticələrə səbəb olan ekoloji faktorlar sırasına daxil edir.

 

Belə sahələrin bioloji təsiri əhatəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemlərinin əsəb, immunitet və endokrin sistemlər olmasını təyin etməyə imkan yaratdı.

 

Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar.

 

Elektromaqnit sahələrinin hətta nisbətən zəif səviyyədə təsiri belə xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola bilər.

 

Bəzi məlumatlara görə, böyük şəhərlərdə infarkt, miokard kimi halların baş verməsinin əsas səbəbi elektromaqnit sahələrinin təsiridir. Bu, xüsusən ana bətnindəki körpə, uşaqlar və allergiya xəstəlikləri olanlar üçün daha təhlükəli sayılır.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb