Qız uşaqlarında vaxtında aparılmayan müayinə və fəsadları – Uşaq ginekologiyası İkinci yazı
14.09.2021 16:45

 

Uşaq yaşlarında qızlarda müayinə bir çox xəstəliklərin öncədən müəyyənləşməsində və qarşısının alınmasında önəmli rol oynayır, gələcəkdə reproduktiv sistemdə daha az xəstəliklərin yaranmasına səbəb olur.

 

Aztibb.az qız uşaqlarında profilaktik ginekoloji müayinələrin önəmi, buna dair həkim məsləhəti, eləcə də müayinələrin vaxtında aparılmamasının fəsadları haqqında növbəti yazını təqdim edir.

 

Uşaqlarda ilkin profilaktik müayinələr daxili ginekoloji müayinə deyil, yalnız xarici müayinə, Ultra Səs Müayinəsi və  labarotor analizlər əsasında aparılır.

 

Belə  müayinələrin aparılması, xüsusən onkoloji xəstəliklərin vaxtında aşkar olunmasına imkan yaradır. Bura əsasən süd vəzinin və uşaqlıq boynunun xərçəngi aiddir. Əksər onkoloji xəstəliklər kimi bu xəstəliklər də, erkən dövrlərdə heç bir əlamət vermir, əlamətlər ortaya çıxanda isə xəstəlik xeyli irəliləmiş olur. Yalnız onu da nəzərə almaq lazımdır ki, onkoloji xəstəliklər nə qədər erkən aşkarlanarsa, onların müalicəsi də bir o qədər asan olar və xəstənin yaşama şansı xeyli artmış olar.

 

Azyaşlılarda da yumurtalığın şişləri, kistaları ola bilər. Uşaqlar çox aktiv olduqlarından yumurtalıq böyük şişlərin təsiri ilə burula bilər. Belə qız uşaqları vaxtında xəstəxanaya çatdırılmasa, yumurtalıqlarını itiririlər. Bu da gələcəkdə onun ana olmaq şansını azaldır. Bunlar vaxtında aşkarlanmalıdır.

 

Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, cinsi həyat yoxdursa, deməli, azyaşlılarda heç bir ginekoloji problem ola bilməz. Reproduktiv mərhələdə rastlanan əksər xəstəliklər uşaq yaşlarından qazanılmış və qarşısı alınmamış patologiyalar olur.

 

Tövsiyələr, həkimə müraciət mütləqdir


Qız uşaqlarının erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər.

 

 

 

Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır.

Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhə yaranarsa, mütləq endokrinoloq və ya pediatr-ginekoloqa müraciət edilməlidir.

 

Valideyinlər vaginal axıntı, qaşıntı, ağrı, infeksiya şübhəsi, aşırı tüklənmə, şiş və ya malformasiya səbəbindən baş verə bilən qanama kimi hallarda ginekoloqa mürraciət etməlidirlər. O cümlədən, cinsi təcavüz və ya cinsi təcavüzdən şübhələnildikdə dərhal bir mütəxəssis həkimə müraciət etmək məsləhətdir.

 

Vaxtından əvvəl cinsi inkişaf çox vaxt norma variantı sayılır. Lakin 7-8 yaşlarda qızın qasığında tüklər əmələ gələrsə, valideynlər həkimlə konsultasiya etməlidir.

 

Bunlardan əlavə, müəyyən xəstəliklər, yaxud  azkalorili pəhrizlə əlaqədar cinsi inkişaf gecikə bilir. Əgər qızın 14 yaşında döşləri hələ böyüməyibsə, həkimə müraciət etmək lazımdır. Həmçinin, döşlər böyüməyə başladıqdan sonrakı 5 il ərzində menstruasiyanın olmaması yaxşı əlamət sayılmır.

 

Ümumiyyətlə qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır. 2-3 yaşlı qız sərbəst olarad özü tualetə getmək istəyirsə, ana ona nəzarət etməlidir. Çünki o sağrı hissələrinin unitaza sallanması şəklində oturarsa, bu, sidik ifrazı zamanı sidiyin uşaqlıq yoluna düşməsinə və onun iltihablaşmasına səbəb ola bilər.

 

Uşaq sidiyə getdikdən sonra təmiz qurulanmazsa və ya yuyunmasa, sidik duzları kristalları selikli qişanın qıcıqlandırar, bəzən isə kiçik cinsiyyət dodaqlarının bir-birinə yapışmasına və ya bitişməsinə də səbəb ola bilər.

 

Qız uşaqlarında qarın nahiyəsində ağrılar cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, uşaqlığın əyilməsi, yumurtalıqların sist və ya şişləri cinsi orqanların düzgün inkişaf etməməsi zamanı baş verə bilər.

 

Qarın nahiyəsində ağrılar digər müxtəlif xəstəliklərin də əlamətləri ola bilər. İstənilən halda, ağrılar başlayan kimi, xüsusən də ağrılar şiddətli və uzunmüddətli olarsa, mütləq ilk növbədə pediatra, daha sonra isə onun məsləhəti ilə digər mütəxəssisə müraciət olunnmalıdır.

 

 

 

Bəzən yeniyetmələr  fəsadlardan xəbərsiz olaraq böyüklərin həyatını yaşamağa tələsirlər. Onların məlumat mənbləri isə sarı mətbuat, pornoqrafiya məhsulları, dostlardır. Belə məlumatlar birtərəflidir, şübhəli və sağlamlıq baxımından təhlükəlidir. Məlumatların mötəbər mənbələrdən olması mütləqdir.

 

Yeniyetmələri insanın repreduktiv sağlamlığı haqqına məlumatlandırma təcrübəsi  dünyanın bir çox ölkələrində toplanıb. Bu proqramlar dövlət tərəfindən dəstəklənir və psixoloq, seksoloq, həkimlərlə söhbətlərdən ibarət olur.

 

Hörmətli valideynlər, övladlarınızın sağlamlığı sizin əllərinizdədir. Əgər övladınız yeniyetmədirsə, ona cavanlar üçün nəzərdə tutulan konsultasiya haqqında danışın, hələ uşaqdırsa, onda onu uşaq ginekoloquna müayinə üçün gətirin və sağlamlığına əmin olun.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb