Xəstələrin və meyitlərin dövlət sərhədindən keçirilməsi qaydası AÇIQLANIB
10.09.2021 23:01

Fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətləri müəyyənləşib.

 

Aztibb.az-n məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda əksini tapıb.

 

Qaydalara əsasən, qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər. Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir:


- Ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;
- Hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz dövlət sərhədindən buraxılış məntəqələrinə (DSBM) daxil olmaları üçün şərait yaradılması.
- Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
- Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır