Ənənəvi tibbi metoddan elmi müalicə metoduna çevrilən Maqnitoterapiya - İkinci yazı
09.09.2021 19:32

Profilaktik təbabətin əsasını təşkil edən müalicə üsullarından biri kimi maqnitoterapiya müsair dövürdə də xəstəliklərdən uzaq olmaq üçün sağlam həyata yeni bir perspektiv açır.

 

Aztibb.az fizioterapiyanın müalicə üsullarından biri olan maqnitoterapiyanın yüksək müalicəvi xüsusiyyətləri haqqında növbəti yazını təqdim edir. 

 

Maqnitoterapiya zamanı xəstə heç bir narahatlıq və titrəmə hiss etmədən elektrik cərəyanının keçdiyi boru şəkilli bir qəfəsdə yatır. Bu elektrik cərəyanı borunun içərisində bir maqnit sahəsi yaradır. Sessiyanın müddəti, maqnit sahəsinin forması və proqramı xəstəliyə və səviyyəsinə görə fərqli olur.  

 

Maqnitoterapiyanın immunitetə və maddələr mübadiləsinə simulləedici təsiri xroniki xəstəliklərin kəskinləşməsi və kəskin proseslərin əmələ gəlməsinin uzun müddət qarşısını almış olur.

 

Başağrı və başgicəllənmələrinin aradan qaldırılması, yüksək arterial təzyiqin aşağı salınması, baş beyin və miokardın qan təchizatının gücləndirilməsi, immunitetin yüksəlməsi, müxtəlif mənşəli mialgiyaların aradan qaldırılması, nevropatiyalar və libidanın güclənməsinə bu müalicə əhəmiyyətli dərəcədə təsir edir.

 

 

Maqnitoterapiya sabit, dəyişkən və ya pulsasiya edən aşağı tezlikli maqnit sahəsi ilə müalicə deməkdir.

 

Maqnitterapiya  alətlərinin əsas cəhəti dəyişən və impuls maqnit sahəsi yarada bilməsidir. Dəyişən maqnit sahəsi nisbətən yüngül, impuls maqnit sahəsi isə müalicə kursunun sonunda effektiv təsir göstərir. Müalicə kursu ərzində dəyişən və impuls maqnit sahəsini növbələşdirməklə müalicənin effektivliyini artırmaq mümkündür.

 

Maqnit sahəsi cihazının təsiri orqan və toxumalarda qan dövranını yaxşılaşdırır, ağrı və ödemi aradan qaldırır, toxumaların bərpa və regenerasiya prosesini sürətləndirir. Məhz bunun sayəsində sağalma prosesi tezləşir, müalicə xərcləri azalır və fəsadlar yaranmır.

 

Maqnitoterapiya digər metodlara nisbətən daha çox xəstəxana, eləcə də ev şəraitində tətbiq olunur.

 

Maqnitoterapiyaya kəskin hipotoniya, bədxassəli şişlər, hamiləlik, 3-4cü dərəcə ürək-damar çatışmazlığı, anevrizma, epilepsiya və 2 yaşa qədər uşaqlara əks göstərişlidir.

 

Həmçinin kəskin periodda iltihabi xəstəliklər və qanaxmalar, cərrahi müdaxiləya qədər irinli proseslər, erkən post infarkt period və qanın sistem xəstəlikləri zamanı maqnitoterapiya tövsiyə edilmir.

 


Terapiya metodu kəskin və remissiya dövründə müxtəlifdir. Kəskin periodda proseduralar sutkada 6 saat intervalı ilə iki dəfə aparılır. Bir seansın muddəti birinci günlər 10 dəqiqə çəkir, tədricən 20 dəqiqəyə çatdırılır, ağır hallarda 30 dəqiqə aparılır. Bəzi xəstəliklərin müalicəsi zamanı isə prosedur sutkada 1 dəfə aparılır.

 

 

 

Maqnitlə müalicə zamanı bəzi mülahizələrə əsaslanaraq müalicədən əvvəl ən azı iki stəkan su içməmək, bir saat əvvəl və sonra siqaret çəkməmək, spirtdən istifadə etməmək, hamilə və epilepsiya xəstələrinə isə proseduru həkim nəzarəti altında etmək tövsiyə edilir.

 

Yenidoğulmuşlardan yaşlı əhaliyə qədər, demək olar ki, hər qrup xəstə bu müalicədən faydalana bilər. Hamiləliyin ilk trimestrində tövsiyə edilmir. Əlavə olaraq qulağında implant olanlarda və ya bədənin hər hansı bir yerində metal implantların, protezlərin olması halında həmin bölgəni müalicə etmək uyğun deyil.

 

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib   
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
 Səhiyyə naziri I Türk Dövlətləri Kardioloji Qurultayının açılısında çıxış edib