Bakı məktəblərində 60%-ə yaxın ənənəvi tədrisi təşkil etmək mümkündür
26.08.2020 18:09

Bu sözləri Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib. O, deyib ki, mütəmadi olaraq virusun dinamikası ilə bağlı məlumat alınır. Dünyanın inkişaf etmiş ölkələrində bu dinamikaya uyğun olaraq təhsilin ənənəvi və ya distant formada davam etməsi ətrafında müzakirələr gedir:

 

“Bir çox ölkələrdə təhsilin tam ənənəvi formada başlanması ilə bağlı razılaşmalar var. Əsasən yuxarı - 9-11-ci siniflərdə epidemioloji vəziyyətdən asılı olaraq – şagird sıxlığı ilə bağlı məsafə saxlamaq, şagirdlərin sağlamlığını qorumaq, gigiyena qaydalarına riayət etmək prinsipləri önə çəkilir. Belə olan hallarda 80 faiz 9-11-ci siniflərdə təhsilin ənənəvi forması nəzərdə tutulur. Bu tələblərə hazır olmayan məktəblərdə isə 40-60 faiz distant təhsil nəzərdə tutulur. Vaxt çox azdır, artıq bu həftə və gələn həftə virusun dinamikasını təhlil edərək qərar qəbul etməliyik”. 

 

Millət vəkili qeyd edib ki, gələn həftənin dinamikası qərarların qəbulu üçün çox önəmli olacaq. Məktəblər pandemiyanın tələblərinə uyğun hansı formada tədrisə hazırdırlarsa, onu da tətbiq etmək lazımdır. Yəni hazır olan məktəblərdə ənənəvi formada keçirilən tədrisin həcmini artırmaq lazımdır. Məktəb hazır deyilsə, onlayn təhsili davam etdirmək olar. O, vurğulayıb ki, həm Azərbaycanda, həm də dünyada əsas prinsip bağça, məktəb və ali məktəblərdə şagirdlərin sağlamlığını qorumaqdır. 

 

Koronavirusun yayılma səviyyəsinə görə narıncı zonaya aid edilən Bakı şəhərinə gəlincə isə, E. Əliyev bildirib ki, paytaxtda ibtidai təhsil pilləsində ənənəvi təhsili həyata keçirmək mümkündür. Orta təhsil pilləsində, 5-9-cu siniflərdə məktəbərin şagirdləri virusdan mühafizə etməsindən asılı olaraq, ənənvi təhsillə birgə distant təhsil həyata keçirilə bilər. Çünki məktəblər arasında həm şagird sıxlığı, həm gigiyena qaydalarına əməl olunması nöqteyi nəzərindən xeyli fərqlər var. Sıxlığa uyğun olaraq məsafə saxlamaq, məsafəni qorumaq lazım gəlir. Hesab edirəm, Bakı məktəblərində 60 faizə yaxın ənənəvi tədrisi təşkil etmək mümkündür”.

 

Millət vəkilinin fikrincə, regionlarda tədrisə gəlincə, bu da müzakirə olunmalı, regionda virusun yayılma dərəcəsi nəzərə alınmalıdır. Birdən-birə tam şəkildə distant və ya tam şəkildə ənənəvi tədrisə keçmək mümkün deyil. 

 

Təhsilin hansı formatda təşkilindən asılı olmayaraq, deputat 2 prinsipin əsas götürülməli olduğunu deyir: “Birincisi, elmi və tibbi cəhətdən əsaslandırılmış tövsiyələrin olması, ikincisi, sağlamlığın qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi, yəni sanitar-gigiyenik norma və qaydalara əməl edilməsidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır