Həkim reportajı: Orta yaşlı qadınlar arasında geniş yayılan stressli inkontinensiya
13.08.2021 17:59

Belə qadınlar öskürəndə, güləndə və ya hansısa bir sərt hərəkət edəndə sidiyi saxlaya bilmir. Bunu hardasa sosial problem kimi də qəbul etmək olar. Çünki müasir qadınların həyatında çox çətinliyi var. Lakin bu, əsasən anotomik problemdir. Anadangəlmə qüsur da ola bilər, uretranın (sidik kanalının) uzunluğundan irəli gələ bilər. Bundan əlavə, digər funksional çatışmazlıqla da əlaqəli ola bilər. 

 

Xəstəliyin yaranmasının ən əsas səbəblərindən biri travmatik doğuşlar, həmçinin qadının aldığı ağır zədələrdir. Buna görə belə halın yaranması əsasən qadının yaşadığı həyat tərzindən asılıdır. Məsələn, ağır işdə işləyən xanımlarda xəstəliyə tez-tez rast gəlinir. Travmatik faktordan başqa ağır çəki, klimekterik dövr və hormonal çatışmamazlıq nəticəsində yarana bilər.

 

Diaqnoz və müalicə

 

Sidiyi saxlaya bilməmə ilə bağlı xəstəliyin diaqnozu pasiyentin şikayətlərinə əsaslanaraq, xəstəliyin olub-olmadığı dəqiqləşdirilərək, xəstəlikdən şühbələndikdə, xəstəni müayinə edib, asan bir test aparmaqla qoyulur. Bundan əlavə, urodinamik müayinə, digər ağır travmaların mövcudluğu halında isə KT və MRT-də xəstəyə baxış aparılır.

 

Müalicənin hansı üsulla aparılması problemin funksional, yoxsa anotomik olmasından asılıdr. Funksional pozulmalar (hiperaktiv sidik kisəsi) zamanı əməliyyata ehtiyac olmur və bir neçə ay ərzində monoterapiya ilə, yəni həb qəbul etməklə problem aradan qalxır. Lakin müayinələr nəticəsində xəstədə anatomik defekt aşkarlanrsa, yəni qadın travmatik doğuş keçiribsə, uşaqlıq yolunun sallanması, travması müşahidə olunursa, onda cərrahi üsula müraciət edilir. 

 

Əməliyyat zamanı öncə anatomik quruluş bəpa olunur. Yəni, uşaqlıq yolunun sallanması aradan qaldırılır, çanaq dibi möhkəmləndirilir. Rekonstruktiv əməliyyatdan sonra sidik kanalının alt hissəsinə tor şəkillik “meş” adlanan spesifik ilgək qoyulur. Hazıda bütün dünyada bu metoddan istifaə olunur. Bu əməliyyat qarın boşluğu açılmadan aparılır və 99 faiz hallarda uşaqlıq yolu vasitəsilə icra olunur. İlgək qoyulduqdan sonra sidik kanalının diametri, bağları, bir sözlə anatomiyasını bərpa etdikdən sonra bu problem dərhal aradan götürülür. 

 

Tövsiyə

 

Yetişkən vaxtda analar qızlarına öz əzələlərini bərkitməyi öyrətməlidir. Çünki qadınlarda kişilərə nisbətən qarındaxili təzyiq daha yüksək olur. Və çanaq dibinin anatomiyasını nəzərə alsaq, qadın orqanizmi 5 kq-dan ağır yükü qaldırmağa qadir deyil. Bu zaman əzələlərin elastikliyi pozulur. Ona görə də uşaq vaxtlarından qızları çanaq dibini bərkidən idmana alışdırmaq lazımdır. Bunlar sırasında üzgüçülük, aerobika, fitnessi qeyd etmək olar. İkincisi, mümkün qədər ağır çəkidən qaçmaq lazımdır. Doğuşdan əvvəl idmanla məşğul olmaq lazımdır. 50 yaşdan sonra klimakterik dövrdə mütəmadi olaraq ginekoloqa müraciət etmək, düzgün qidalanmaq vacibdir.

mama-ginekoloq Nigar Allahverdiyev

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib