Müalicəvi mineral sularımız – Birinci yazı
26.07.2021 21:19

Azərbaycanın mineral su mənbələri mürəkkəb duz və qaz tərkibinə malikdir. Ümumiyyətlə təbiətdə bu və ya digər dərəcədə qaz komponentləri və qarışıq mineral maddələri olmayan su mənbələri yoxdur.

 

Aztibb.az növünə və müalicəvi xüsusiyyətlərinə görə ölkəmizin mineral suları haqqında yazını təqdim edir.

 

Mineral sularımızdan kurortlarda, xəstəxanalarda və ev şəraitində istifadə olunur. Ölkəmizin mineral suları dadına görə bir neçə növə bölünür:

 

Turşsular – Badamlı (Babək), Slavyanka və Çayqarışan (Gədəbəy).

Acı sular – Acıbulaq (Ağstafa), Kizilvank (Babək)

Duzlu sular – Tuq (Şuşa)

Duzlu-acı sular – Alaşa (Masallı), Meşəsu və İbadisu (Lənkəran)

 

Azərbaycanda karbonlu mineral sular Kiçik Qafqaz və Naxçıvan MR ərazisində yayılıb. Belə sulara misal olaraq məşhur Nəhacir (Ordubad), Badamlı (Babək), Turşsu (Şuşa), Qızılca (Gədəbəy), Darıdağ (Culfa), İstisu (Kəlbəcər) kimi mineral su mənbələrini göstərmək olar. Bu müalicəvi suların sayı 100-dən çox olmaqla, ümumi debiti 3,2 mln.lsan təşkil edir. 40  Hidrogen-sulfidli mineral sular tərkibindəki qazın miqdarından asılı olaraq, müxtəlif üsullarla müalicə məqsədilə istifadə olunur. Tərkibində kükürd çox olduğuna görə dəri xəstəliklərinin müalicəsində daha çox effekt verir.

 

Respublikamızda kükürdlü suların bütün növlərinə təsadüf edilir. Bu tip mineral sulara Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz bölgələrində və Naxçıvan MR-də rast gəlinir. 

 

Metan qazlı sulara neft-qaz ehtiyatlarının çox olduğu ərazilərdə daha çox rast gəlinir. Xüsusi buruqlar və təbii bulaqlar kimi üzə çıxan metanlı qazlı müalicəvi sular da ölkəmizdə geniş yayılıb. Bu suların əsas yataqları Abşerondakı duzlu göllərdə və buruq sularında, həmçinin Neftçala, Salyan rayonlarında, Babazənən və Mişovdağ yataqlarında və Talış dağları ərazilərindədir.

 

Müalicə xüsusiyyətləri tam öyrənilməsə də, dəri və dayaq-hərəkət orqanlarının müalicəsində geniş istifadə olunur. 

 

Azot tərkibli sular Talış və Böyük Qafqazın cənub ətəyində aşkar edilib. Ölkəmizdə azotlu suların 100-ə qədər mənbəyi öyrənilib. Bu tip mineral sulara həm isti, həm də ilıq olaraq rast gəlinir. Yüksək müalicəvi əhəmiyyətə malik isti azotlu sulardan sağlamlıq turizmi sahələrində daha çox istifadə olunur. Ölkəmizdə olan azotlu sulara misal olaraq Qubada Xaltan (37-45°C), Lənkəranda Meşəsu, Bigəvər (45- 55°C), Alaşa (45-50°C) və s. qeyd etmək olar. 

 

Radonlu mineral sular Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında aşkar edilib. Radon qazı da qeyd olunan müalicəvi sularda ən çox yayılan kimyəvi elementdir. Müalicəvi sularda radon qazının olması, onların müalicə xüsusiyyətini yüksəldir. Kəlbəcər rayonunda Bağırsaq, Naxçıvan MR-də Darıdağ və Dahab sularının tərkibində daha çox, Qax rayonunun İlisu bulaqları, Quba rayonunun Xaltan, Çimi Xaşı bulaqlarında radon qazı var. Ölkəmizdə olan müalicəvi bulaqlardan 34-ü radonlu mineral sulardır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev