COVAX dünya birliyini COVID-19 peyvəndlərinin tanınmasına çağırıb - BƏYANAT
02.07.2021 08:53

Dünyada koronavirus əleyhinə peyvəndlərə bərabərhüquqlu əlçatanlığı təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və tərəfdaşları tərəfindən yaradılan beynəlxalq COVAX mexanizmi dünya birliyini ÜST və ya Avropa İttifaqı, eləcə də 10 Qərb ölkəsinin strukturları da daxil olmaqla 11 tənzimləyici orqan tərəfindən təsdiqlənmiş peyvəndləri tanımağa çağırıb.

 

Aztibb.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə COVAX-ın Cenevrədə dərc edilən bəyanatında deyilir.

 

Bəyanatda bildirilir: "Dünyanın bəzi yerlərində səyahətlərə icazələr verilməyə başladığını nəzərə alaraq, COVAX bütün regional, milli və yerli hakimiyyətləri ÜST və/və ya 11 ciddi tənzimləyici orqan tərəfindən təhlükəsiz və effektiv hesab edilən COVID-19 peyvəndləri ilə vaksinasiya olunmuş bütün insanları tam peyvənd olunanlar kimi tanımağa çağırır".

 

Vurğulanır ki, yalnız ÜST tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksin olunmuş insanlara səyahətə icazə verilməsi qlobal peyvənd boşluğunu daha da artıracaq və bərabərsizliyi daha da ağırlaşdıracaq.

 

COVAX "ciddi tənzimləyici orqan"lar siyahısına Avropa Dərman Agentliyi, həmçinin Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Niderland, ABŞ, Fransa və İsveçrənin müvafiq strukturlarını aid edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub