Süni intellektin tətbiqi ilə ağciyər xərçəngini erkən aşkarlamağa imkan verən tədqiqatlar aparılır
01.07.2021 11:39
AMEA-nın Biofizika İnstitutunun AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə insan ağ ciyər karsinoması üzrə tədqiqatları uğurla davam edir.
 
Aztibb.az xəbər verir ki, bu günlərdə birgə tədqiqatların nəticəsi olaraq Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Biofizika İnstitutunun elmi işçisi Arzu Aydəmirova, Milli Onkologiya Mərkəzi və Biofizika İnstitutunun birgə laboratoriyasının rəhbəri Leylaxanım Məlikovanın həmmüəllifliyi ilə “Süni intellekti qan plazmasının FÇİQ spektrlərinə tətbiq etməklə insan ağciyər xərçənginin klassifikasiyası” adlı məqaləsi impakt faktoru 3.898 (Clarivate Analytics, 2020) olan “Applied and Computational Mathematics” jurnalında çap edilib (Appl. Comput. Math, 2021, v.20, 277-289).
 
Sözügedən tədqiqat işi AMEA Rəyasət Heyətinin, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin iclaslarında geniş müzakirə edilib və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Məqalədə göstərilib ki, süni intellekti sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının FÇİQ spektrlər toplusunun analizinə tətbiqi ilə yaradılan model sağlam və xəstə nümunələri 80-90% dəqiqliklə klassifikasiya etməyə imkan verir.
 
Hazırda bu iş Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə səyi ilə daha da inkişaf etdirilir. Məqsəd maşın öyrənməsini genişləndirməklə xərçəngin klassifikasiyasını daha da yaxşılaşdırmaq və qeyri-invaziv skrininq metodu kimi ağciyər xəstələrinin erkən aşkar edilməsinə tətbiq etməkdir. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır