Uşaqlarda dişçıxarma - Nələrə diqqət edilməlidir?
30.06.2021 15:40

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır. Hamiləliyin birinci trimestrində ananın sağlamlığı uşaqlarda dişlərin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusma nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, artıq bətndaxilin inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbaçığı, diş məməciyi və emal ibarət olub, gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və beş yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.


Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud keçirdiyi hər hansı xəstəliklər əsas yer tutur.


Körpələrdə altıncı aydan səkkizinci aya qədər dişlər çıxmağa başlayır. Bir sıra endokrin pozulmalar zamanı dişlərin çox erkən çıxması müşahidə olunduğu halda, bəzi infeksion xəstəliklər, maddələr mübadiləsinin pozulması və raxit kimi xəstəliklərdə proses gecikir.


Dişlər çıxmamışdan bir ay əvvəl körpədə ümumi narahatlıq, damaqda qaşınma, ağız suyu ifrazının artması kimi hallar müşahidə edilir, yuxusu pozulur, iştahası zəifləyir. Bəzi körpələrdə diş çıxartma zamanı hətta bədən hərarətinin artması, nəcisin xarakterinin dəyişməsi və sarğı nahiyəsində səpgi halları müşahidə edilir. Həmin dövrdə ana südü ilə qidalanan körpələr sakitləşmək, ağrını azaltmaq üçün tez-tez süd əmmək istəyir, əmən zamanı fasilə verir və təkrar əmirlər.


Diş çıxarkən diş ətinin yuxarı hissəsində əvvəlcə qızartı və şişkinlik müşahidə edilir, bir müddət sonra ağ nöqtə şəklində diş minası görünür. Həmin vaxt hipersalivasiya nəticəsində ağız suyunun təsiri ilə uşağın çənə və boyun nayihəsində qıcıqlanma və səpgi yaranır. Bunun qarşısını almaq üçün dodaqətrafı, çənə və boyun nahiyəsinə uşaq üçün nəzərdə tutulan krem və ya təbii yağlar çəkilməli, sinəsinə suçəkən pambıq materialdan hazırlanmış yaxalıq asılmalıdır.


İshal və bunun nəticəsində anusun ətrafında baş verən qıcıqlanma da «diş» simptomlarından biri sayılır. Həmin vaxt nəcisin turş xarakterli olması anus ətrafında qıcıqlanmaya səbəb olur. İshalın qarşısını almaq üçün uşağın bezi dəyişdirilərkən hər dəfə su ilə yuyulmalı, yaxşı qurulanmalı, anusun ətrafına sink tərkibli mazlar və ya çaytikanı yağı çəkilməlidir.


Dişçıxarma zamnı bəzi uşaqlarda hərarətin yüksəlməsi müşahidə olunur, hətta hərarət 380C-yə çatır. Bəzən yanaşı gedən hər hansı infeksion proses də qızdırmaya səbəb olduğuna görə bu zaman həkim-pediatrla məsləhətləşmək lazımdır.


Dişlər çıxan zamanı ağrı və damaqdakı qaşınmanı azaltmaq üçün uşaqlara rezin halqa və oyuncaqlar verilməlidir. Oyuncaqların hazırlandığı materialın təhlükəsizliyinə diqqət yetirmək lazımdır. Təhlükəsiz materialdan hazırlanmış halqa və oyuncaqları soyuducunun aşağı gözündə 2-3 saat saxlamaq lazımdır, çünki soyuq əşya damaqdakı ağrı və qaşınmanı müəyyən qədər azaltmaq xüsusiyyətinə malikdir. Eyni məqsədlə təmiz tənzif parça, yumşaq diş fırçası, uşaqlar üçün nəzərə tutulmuş ağrıkəsici və keyləşdirici təsirə malik gellərdən də istifadə etmək olar.

ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!