Peyvənd turizmi: Səyahət və sağlıq turizmi üçün yeni mərhələ
28.06.2021 20:27

Pandemiya yeni bir turizm sahəsinin - peyvənd turizminin yaranmasına səbəb oldu.

 

Aztibb.az xəbər verir ki, hələ əvvəlki mərhələdə Avropadakı bəzi turizm agentlikləri turistlərin başqa bir ölkəyə getməsinə və COVID-19 peyvəndi almasına imkan verən turlar təklif etməyə başladı.

 

Bu təlabat həm də ondan irəli gəlirdi ki, bir çox ölkədə peyvəndləmə başlasa da, peyvəndin hələ çatmadığı və qeyri-bərabər paylandığı ölkələr ümumi narahatlıq yaşamaqdaydı.

 

Peyvəndləmə yeni tətbiq olunmağa başlayan ərərfədə bir sıra ölkələrin səyahət agentlikləri bu məqsədlə biletlər satmağa başladı. Bu həm də öz ölkələrində peyvənd olunmaq istəyən, lakin peyvənd növbəsində aylar sonra növbəsi çatacaq  və buna görə təşvişi yaşayan insanlar üçün fürsət oldu.  

 

Ölkələrdə vəziyyət peyvənd tətbiqi ilə yavaş-yavaş normallaşmağa başlayarkən, epidemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün səyahət və səhiyyə turizminə də diqqət artırıldı. 

 

Peyvəndləmə artdıqca sağlıq turizmi və səyahət sektorundakı bərpa da sürətlə davam etdi. Bir sıra ölkələr səyahət turizmi və koronavirusa qarşı peyvəndləməni əhatə edən peyvənd turizmi üçün sərhədlərini açacağını bildirdi. 

 

Hazırda Avropada əhalisinin böyük bir qismini peyvənd edən ölkələr otel rezervlərini sürətlə artırır. 

 

Müalicə məqsədli turizm sektorunda ön sırada olan ölkələr – ABŞ, Yaponiya, Çin, Türkiyə, Hindistan, Meksika, Tayland, Braziliya, Sinqapur və s. daha çox  üstünlük verilən ölkələrdir. 

 

Azərbaycanda Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları, Masallının İsti suyu və ən önəmlisi də işğaldan azad olunan ərazilərin təbii imkanları səhiyyə turizminin inkişafı üçün olduqca əhəmiyyətlidir.

 

Bakı-Abşeron dənizlə əhatə olunduğundan daha çox çimərlikləri ilə tanınır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan və tərkibi yod, brom və digər faydalı maddələrlə zəngin mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Bundan başqa, Böyük Şor və Masazır gölləri qiymətli müalicəvi palçıq mənbəyi sayılır. Lənkəran-Astara bölgəsi əsasən Masallı kurort təsərrüfatı və istisuyu ilə tanınır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb