TƏBİB-in səyyar briqadaları iri ticarət mərkəzlərində peyvəndləmə aparırlar
24.06.2021 13:52

İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil edilib.

 

Aztibb.az xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi ölkəmizdə uğurla davam etdirilir.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, bu günə qədər səyyar briqadalar vasitəsilə ümumilikdə 52 min 826 doza peyvənd vurulub. Onlardan 36 min 925-i birinci doza, 16 min 902-i isə ikinci doza üçün istifadə edilib. Hazırda səyyar briqadalar “Əhmədli” və “Koroğlu” metro stansiyaları yaxınlığındakı "Bravo" hipermarketlərində, həmçinin "Dəniz Mall” və "28 Mall”da təşkil edilib. Tələbatdan asılı olaraq səyyar briqadaların fəaliyyət müddəti uzadıla bilər.

 

TƏBİB-in əməkdaşının sözlərinə görə, səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak etmək şansı əldə edə bilərlər. Səyyar briqadalar tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə aprelin 2-dən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər səyyar briqadanın ünvanına yüzlərlə dövlət və özəl müəssisələrindən və idarələrdən vaksinasiya ilə bağlı müraciətlər daxil olub.

 

Səyyar briqadalardan yaralanaraq peyvənd vurduran vətəndaş Gülər Süleymanova aksiyadan razılığını ifadə edib: “TƏBİB-in təşkil etdiyi səyyar xidmətdən yararlanmaq üçün könüllü müraciət etdim. Həkim peyvəndi vurduqdan sonra bir sıra təlimatlar verdi. Özümü yaxşı hiss edirəm. Göstərilən xidmətdən çox razı qaldığım üçün ailə üzvlərimə də səyyar briqadalardan yararlanmağı tövsiyə edəcəm”.

 

Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə aksiyasına 2021-ci il yanvarın 18-də start verilib. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevralın 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı vətəndaşların vaksinasiyası həyata keçirilir.

 

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər