ÜST: Vaksinin yaradılması koronavirus pandemiyasını tezliklə aradan qaldırmayacaq
22.08.2020 09:14

Yeni növ koronavirusa qarşı vaksinin yaradılması pandemiyanı tezliklə aradan qaldırmayacaq.

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə söyləyib. O deyib: “Vaksin həyati vacib alət olacaq. Ümidvarıq ki, vaksin mümkün qədər tez hazırlanacaq". Bununla yanaşı, ÜST-ün rəhbəri bildirib ki, vaksinin meydana gəlməsinə “təminat yoxdur”.

“Hətta vaksini əldə etsək belə bu, pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq”, - deyə Baş direktor vurğulayıb.

 

Onun sözlərinə görə, COVID-19-un fəsadları haqqında heç də hər şey tibbə məlum deyil: “Hərçənd biz bu xəstəlik haqqında çox şey öyrəndik. Bizim 8 aylıq təcrübəmiz var. Lakin biz uzunmüddətli fəsadlar barədə hələ də az məlumatlıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib