Antibiotik inyeksiyaları körpənin həssas psixikasını zədələyə bilər - Araşdırma
23.06.2021 10:26

Ağrılı antibiotik inyeksiyaları həm də təhlükəlidir.

 

Uşaqlarda burun-udlaq və tənəffüs yolları xəstəlikləri, dəri infeksiyalarına çox rast gəlindiyi üçün antibiotiklərdən geniş istifadə olunur. Antibiotik inyeksiyaları ağrılı olduğundan, körpənin həssas psixikasını zədələyə bilər.

 

Bu barədə "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) hazırladığı məlumatda bildirilir.

 

Qeyd olunub ki, inyeksiyalar yalnız ağrılı deyil, həm də təhlükəli ola bilər. Belə ki, inyeksiya sonrası infiltratların və abseslərin meydana çıxma, hepatit, QİÇS və s. kimi təhlükəli infeksiyalara yoluxma riski var.

 

Antibiotiklərin inyeksiya şəklində tətbiq olunmasına dair ən çox yayılmış səhv fikirlər bunlardır:

 

Ciddi bir infeksiya yalnız inyeksiya yolu ilə müalicə olunur.

 

Məsələn, tənəffüs yolu infeksiyası mikoplazmalar tərəfindən törənərsə, makrolidlərə ehtiyac duyulur və ya betalaktamaz fermentləri istehsal edən mikroflora tərəfindən törənərsə, penisilin, ampisillin və ya oksasillin tabletləri və ya inyeksiyaları təsirli olmayacaq, amoksiklav və ya 2-ci nəsil sefalosporinlər təyin olunmalıdır.

 

Əzələdaxili inyeksiya şəklində tətbiq edildikdə dərman daha təsirli olur. Uşaqlar üçün antibiotiklərin müasir oral (ağızdan verilən) formaları 90-95%-ə qədər sorulma qabiliyyətinə malikdir.

 

Çoxsaylı tədqiqatlar və kliniki təcrübə sübut edir ki, müasir antibiotiklər ağızdan qəbul edildikdə toxumalarda olduqca yüksək dərəcədə konsentrasiya əmələ gətirir. Eyni zamanda, pnevmoniya kimi bir sıra xəstəliklərin müalicəsində tətbiq olunan antibiotiklər yalnız oral formada mövcuddur.

 

2-3 gün ərzində əzələdaxili yeritmədən daha ağrısız olan venadaxili terapiya və vəziyyət sabitləşdikcə, peroral formalar təyin olunur. Beləliklə, stres və lazımsız ağrının qarşısı alınır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev