"Çəpgözlük təkcə kosmetik defekt deyil" - Həkim-oftalmoloq
22.06.2021 13:53

Göz insanın həssas orqanlarından biridir. Həssas olduğu qədər də vacib olan bu orqanda təzahür edən müxtəlif növ xəstəliklərdən çoxları əziyyət çəkir. Bu xəstəliklərdən biri də çəpgözlük, yəni gözlərin paralelliyinin itməsidir.

 

Bu xəstəliyə daha çox azyaşlılarda rast gəlinir. Əksər vaxtlarda mütəxəssislər çəpgözlüyün müalicəsində erkən diaqnozun çox vacib olduğunu qeyd edirlər. İnsanlar ya eynək, ya da əməliyyat vasitəsi ilə bu xəstəlikdən qurtulmağa çalışırlar.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti rubrikasında” “Uşaqlarda çəplik” mövzusunda ətraflı məlumat verib.

 

Çəplik polietioloji göz xəstəliyi olaraq bir gözün obyektə baxılan fiksasiya nöqtəsindən yayınması halıdır. Çəpliyi yaradan səbəblərə görmə zəifliyi, ametropiya (miopiya, hipermetropiya, astiqmatizm), iki göz refraksiyasındakı fərq, göz almasını hərəkət etdirən əzələlərin tonusundakı fərq, binokulyar görmənin pozulmasına səbəb olan anadangəlmə xəstəlik və qüsurları aid etmək olar.

 

Çəplik təkcə kosmetik defekt deyil, həmçinin, monokulyar və binokulyar görmənin, 3D-stereoskopik görmənin, dərin görmənin pozulması, görmənin ikiləşmə ilə müşahidə olunur ki, belə vəziyyət insanın professional imkanlarını məhdudlaşdırır. Hər gözün ayrılıqda gördüyü fiksasiya olunmuş obyektin beyində vahid şəkildə birləşdirilib qəbul olunması binokulyar görmədir.

 

Müştərək, paralitik, latent-gizli, həqiqi, yalançı, anadangəlmə, akkamodativ, hissəvi akkamodativ və qeyri – akkomadativ çəpgözlük növləri ayırd edilir.Yalançı çəpgözlük körpələrdə rast gəlinən gözün fiksasiyadan yayınması halıdır. Yalançı çəpgözlük, göz qapaqlarının və burun kökünün genişliyi ilə yaranan çaşdırıcı bir görünüşdür.

 

Gizli çəpgözlük zamanı göz alması əzələlərinin funksiyasının ideal bərabərliyi olmur, lakin binokulyar görmə hesabına gözlərin simmetrik əziyyəti təmin olunur. Bir gözü bağlamaqla beləe vəziyyəti aşkar etmək olar, pasiyentə göz önündə hər hansı bir byektə baxmaq təklif olunur və bir göz əl ilə örtülür, əl ilə bağlanmış göz açılan kimi hər hansı tərəfdən fiksasiya hərəkəti edirsə gizli çəplik vardır deməkdir. Adətən müalicə tələb olunmur.

 

Fiksasiya etməyən gözün pozisiyasına görə daxili, xarici, yuxarı, aşağı və ya torsion çəpliklər ortaya çıxa bilər. Müştərək çəplik zamanı hər iki göz növbəli çəpləşir, paralitik çəplik isə göz almasının hərəkət etdirən əzələləri innervasiya edən sinirin iflici zamanı ortaya çıxır.

 

Akkamodativ, hissəvi akkamodativ və qeyri–akkomadativ çəplik növləri gözdəki görmə zəifliyi,eynək nömrələrinə bağlı olaraq dəyərləndirilməklə ayırd edilir. Bu zaman çəplik eynək korreksiyası ilə idarə olunur. Anadangəlmə çəpgözlük əksər hallarda eynəyin taxılmasını tələb etmir, körpə erkən mərhələdə 6 aylıqdan 1 yaşadək əməliyyat olunmalıdır.

 

Çəpgözlük bir çox hallarda təxminən 2-3 yaşda olan uşaqlarda ortaya çıxır və eynək vasitəsi ilə, kompleks müalicə sistemilə tam sağalır. Növündən asılı olaraq gözü bağlama ilə, eynək, yaxud linzalarla, apparatlarla, inyeksiya və cərrahi metodla müalicə olunur. Daha çox körpəlik və uşaqlıqda rast gəlinən patalogiya olduğuna görə şikayəti olmayan uşaqlar 1,3,5 yaşlarında belə halları aşkarlamaq və vaxtında müalicə edilməsi üçün göz müayinəsindən keçmələri vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev