ÜST: 29 ölkədə koronavirusun yeni ştammı aşkarlanıb
18.06.2021 11:00

Dünyanın 29 ölkəsində, əsasən də yarandığı ehtimal olunan Cənubi Amerikada koronavirusun “Lambda” adlandırılan yeni ştammı aşkarlanıb.

 

Aztibb.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

İlk dəfə iyunun 14-də Peruda qeydə alınan “Lambda” ştammı Cənubi Amerikada “yüksək yayılma səviyyəsinə” görə “maraq doğuran” variant kimi qəbul olunub. Perunun hakimiyyət orqanlarının məlumatına görə, “Lambda” 2021-ci ilin aprelindən bəri ölkədə qeydə alınan yoluxma hallarının 81 faizini təşkil edib.

 

Çilidə isə son 60 gündə qeydə alınan yoluxma hallarının 32 faizinə bu ştamm səbəb olub. Eyni zamanda, digər ölkələr, o cümlədən Argentina və Ekvador da yeni ştamın yüksək yoluxuculuq təsirinə məruz qalıb. O, yoluxuculuğuna görə yalnız ilk dəfə Braziliyada aşkarlanan “Gamma” ştammından geri qalır.

 

ÜST-ün məlumatına görə, “Lambda” ştammı virusun yoluxma qabiliyyətini və ya onun anticisimlərə qarşı müqavimətini artıra biləcək mutasiyalara malikdir. Lakin qurum yeni ştamm barədə kifayət qədər məlumatın olmadığını və onun daha yaxşı öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirib.

 

Dünya KİV-lərinin barəsində tez-tez yazdığı “narahatlıq yaradan” variantlardan fərqli olaraq, “maraq doğuran” variantlar tibbi təşkilatlar tərəfindən izlənilsə də, hələlik ictimai sağlamlıq üçün ciddi təhlükə yaradan variantlar kimi tanınmayıb.

 

Buna “Delta” ştammını misal göstərmək olar. İlk dəfə Hindistanda aşkarlanan və “maraq doğuran” variant adlandırılan ştamm dünyada sürətlə yayıldığı üçün 2021-ci il mayın 11-də ÜST tərəfindən “narahatlıq yaradan” variant kimi qeydə alınıb.

 

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, iyunun 17-dək dünyada 177 milyon 827 mindən çox yoluxma və 3 milyon 849 mindən çox ölüm faktı qeydə alınıb, 162 milyon 338 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 11 milyon 640 min xəstədən 82 mininin vəziyyəti ağır qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər