Latın Amerikasında koronavirusun Lambda variantı ÜST-ün xüsusi müşahidəsi altına alınıb
16.06.2021 17:49

İndiyədək koronavirusun əsasən Latın Amerikasında rast gəlinən Lambda variantı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi müşahidəsi altına alınıb.

 

Aztibb.az xəbər verir ki, bu variantı mutasiyaya uğraması onun daha yoluxucu olmasına və ya insanın immun sisteminin bu varianta yetərsiz müqavimət göstərməsinə yol aça bilər. Təşkilatın yaydığı məlumatda kifayət qədər etibarlı araşdırma və statistik məlumatların hələ əldə edilmədiyi, lakin variantın bir neçə ölkədə yayılmasının diqqətçəkən məqam olduğu qeyd edilib.

 

Bildirilir ki, bu varianta ilk dəfə 2020-ci ilin avqust ayında Peruda rast gəlinib. Bu ilin aprel ayından bəri analiz edilmiş bütün yoluxma hallarının 81 faizinin bu varianta aid olduğu müəyyən edilib. Argentina və Çilidə isə ötən aylarda yoluxmaların üçdə bir hissəsi bu variantın payına düşüb.

 

Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsnifatlanır. Müşahidə altına alınan variantlara “maraq doğuran variant“ (“variant of interest“) adı verilir. Bir və ya bir neçə ölkədə yoluxmaların əksəriyyətini təşkil edən variantlar bu cür adlandırılır və Lambda hazırda bu kateqoriyaya daxildir.

 

Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant“ (“variant of concern“) adı verilir, onlara qarşı mübarizə aparmaq çətin olur və yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. Bu qəbildən olan variantlar arasında hazırda Hindistanda geniş yayılmış Delta variantı diqqəti çəkir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub