Qan qrupları nə ilə fərqlənir?
14.06.2021 15:27

Yaponlar hesab edirlər ki, qan qrupları insanların xarakterində, sağlamlığında hətta əxlaqında da özünü biruzə verir. Onların fikrincə bu vasitə ilə insanların xarakterini daha dəqiq müəyyən etmək olar, nəinki bürclərin.

 

Aztibb.az xəbər verir ki, insanda dörd əsas qan qrupunun pozitiv və neqativləri də daxil olmaqla, ümumilikdə elmə 8 qan qrupu məlumdur. Bəs qan qrupları nə ilə fərqlənir?

 

Hər bir eritrositin daxilində hemoqlobin adlanan zülal yerləşir. Hemoqlobin oksigenin orqanlara daşınmasında iştirak edir. Eritrositlər xaricdən antigenlərdən ibarət membranla örtülüb. Həmin antigenlər ağ qan hüceyrələri – leykositlərlə qarşılıqlı təsirdə ola bilir. Bu yolla leykositlər öz eritrositlərini tanıyırlar və onlara əks reaksiya vermirlər. Yəni, bu antigenlər bir növ orqanizmin fərqləndirici əlamətidir. Eritrositlərdə 2 növ antigen ola bilər. Bu antigenlər şərti olaraq A və B hərfləri ilə işarə olunur.

 

Antigenlər valideyndən övlada irsi olaraq keçir. Bütün genlər kimi, antigenlər də dominant və ressesiv ola bilir. Dominant əlamətlər üstünlük təşkil edən və tez - tez meydana çıxan əlamətlər, ressesiv əlamətlər isə, əsasən üzə çıxmayan əlamətlərdir.

 

Təkamül prosesi nəticəsində insanlarda 4 əsas qan qrupu müəyyənləşib: I qrup (allel sıfır), II qrup (allel A), III qrup (allel B) və IV qrup (allel A və B). Bir insandan digərinə qan köçürülməsi zamanı məhz bu əlamət əsas tutulur. Əgər III qan qrupu olan insana IV qan qrupu köçürülərsə, onda orqanizm buna əks reaksiya verəcək. Leykositlər yeni köçürülmüş eritrositlərə hücuma keçəcəklər. Bu ona görə baş verir ki, IV qrup qanın eritrositlərində A antigeni də mövcuddur. Bu antigen isə III qrupa yaddır. I qan qrupunu isə bütün digər qruplara köçürmək olar. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu qanda antigenlər mövcud deyil.

 

Qan qruplarının yaranma tarixinə gəldikdə isə, I qrup qan ən qədim qan qrupu hesab olunur. Belə güman olunur ki, ilk insanlarda məhz bu qan qrupu olub. Ən cavan qan qrupu isə IV qrupdur. Onun yaranma tarixi 1000 ildən bir qədər artıq müddətdir.

 

Qızıl qan

 

Mənfi rezus faktorlu qana məxsus olanlar qızıl qan sahibləridir. Bu qanın da rəngi qırmızıdır. Lakin nadir olduğu üçün və həm də dünyada ən dəyərli qan hesab edildiyi üçün ona “qızıl qan” adı verilib. Dünyada yalnız barmaqla sayılan qızıl qanı olan donor mövcuddur.

 

Bu qan sahibləri unikal donor sayılır və bir çox insanı xilas edə bilərlər. Ancaq özlərinə də qan tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də qızıl qan sahiblərinə tövsiyə edilir ki, onlar ömrü boyu münasib bir tibb müəssisəsində qeydiyyatda olaraq, qanı öz ehtiyacları üçün bağışlasınlar.

 

Bəzi müstəqil araşdırmaçılar isə qızıl qan sahiblərinin yadplanetli olduğunu düşünür. 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır