İşğaldan azad edilmiş ərazilərdə “ağıllı xəstəxana”lar əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək
09.06.2021 13:20

Azərbaycanda səhiyyə sisteminin daha da inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə islahatların mühüm istiqamətlərindən biri də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsidir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də sağlamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacağı bildirilir. Həmçinin qeyd olunur ki, müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Aztibb.az-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov məlumat verib. O, vurğulayıb ki, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacağını dəfələrlə bəyan edib. “Ağıllı şəhər” və “ağıllı kənd”lərin əsas elementlərindən biri də “ağıllı xəstəxana”lardır. Həmin ərazilərdə quraşdırılacaq “ağıllı xəstəxana”lar əhaliyə daha keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək.

 

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı qeyd edib ki, “ağıllı xəstəxana”larda binanın xüsusiyyətindən tutmuş xəstələrin qəbuluna, müayinəsinə, diaqnozuna və müalicəsinə qədər ağıllı texnologiyalardan istifadə ediləcək.

 

Müsahibimiz “ağıllı xəstəxana” üçün tələb olunan şərtlər sırasında “ağıllı bina”, “ağıllı təchizat”, süni intellekt əsasında qurulmuş avtonom idarəetmə sistemləri, robot-kompüter dəstəkli cərrahi otaqlar və rəqəmsal əczaçı platformasının vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, “ağıllı xəstəxana”lar insanlara yüksək səviyyədə xidmət göstərməklə yanaşı, xəstələrin müraciəti zamanı yaranan vaxt itkisini də aradan qaldıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır