Səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib (Fotolar)
16.03.2021 20:43

Azərbaycan Tibb Universiteti (ATU) və Təbriz Tibb Elmləri Universiteti arasında hər iki ali təhsil ocağının rektorlarının iştirakı ilə səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, vebinarda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli səhiyyənin və tibb təhsili üçün kifayət qədər gərgin dönəm olan bu dövrdə innovasiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasının önəmini qeyd edib. Professor Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında daim sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirərək, qarşılıqlı səfərlər və birgə elmi tədbirlərin keçirildiyini xatırladıb. Hazırda elmi araşdırmalar istiqamətində əməkdaşlığın davam etdirilməsini sevindirici hal kimi qiymətləndirən rektor bu sahədə müştərək işlər aparılması üçün zəmin olduğunu bildirib.

 

Təbriz Tibb Elmləri Universitetinin rektoru, professor Məhəmməd Hüseyn Somi çıxışında səhiyyə sahəsində innovasiyalarla bağlı əməkdaşlığın aparılmasının, birgə layihələrin hazırlanmasının, universitetlər üçün innovasiyalar mərkəzlərinin qurulmasının vacibliyini qeyd edib. Rektor Təbriz Tibb Universiteti ilə ATU arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin mövcud olması və son illər bu əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.

 

Təbriz Tibb Elmləri Universitetinin Səhiyyənin İnkişafı və İnnovasiyalar Mərkəzinin rəhbəri, professor Soodabeh Davaran çıxışında mərkəzin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, İranda belə mərkəz ilk dəfə məhz Təbriz Tibb Elmləri Universitetində yaradılıb. Qurumun yaradılmasının əsas məqsədi səhiyyənin inkişafının təmin edilməsi naminə innovativ fikirləri cəlb etməkdir. S.Davaran gələcəkdə Azərbaycan Tibb Universitetində də belə bir mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduqlarını bildirib.

 

Daha sonra vebinarda səhiyyənin inkişafında innovasiyaların tətbiqi ilə bağlı təlimlərin təşkili və müəyyən xidmətlərin təqdim olunması məsələləri müzakirə olunub.

Toplantıda, həmçinin ixtisasartırmaya həsr olunmuş seminarlar, konfrans və simpoziumların təşkili üzrə qarşılıqlı əməkdaşlıq, startapların reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Birgə konqreslər, təlimlər və yay məktəblərinin təşkili, universitetlər arasında innovasiyaların tətbiqinə dair mütəmadi müzakirələrin aparılmasının vacibliyi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır