“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025 19:31
Rəqəmsal sənəd və məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə vətəndaşlar “Ailə həkimim”, “Həkim müraciətlərim” və “Laborator analiz nəticələrim” barədə məlumatlarını birbaşa mygov platformasından əldə edə bilərlər.
Aztibb.az-ın məlumatına görə, əvvəllər bu məlumatlara yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar. Beləliklə, vətəndaşlar əlavə platformalara keçid etmədən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta hesabına, həm də ödənişli əsasda onlara göstərilən tibbi xidmətlər, əlavə olaraq digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən xidmətlər barədə məlumatlara bir məkandan çıxış imkanı qazanıblar.
Yeni xidmətlərin istifadəsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
“Ailə həkimim” məlumatları üzrə istifadə qaydası:
“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
“Ailə həkimim” seçilir.
Məlumatlarla tanış olunur.
Bu funksionallıq vasitəsilə vətəndaşlar qeydiyyatda olduqları ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsindəki ailə həkimi barədə məlumatları rahatlıqla əldə edə bilirlər.
“Həkim müraciətlərim” məlumatları üzrə istifadə qaydası:
“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
“Həkim müraciətlərim” seçilir.
Burada vətəndaşlar həkimə etdiyi müraciətlər, qoyulmuş diaqnozlar və göstərilən tibbi xidmətlərlə bağlı məlumatlarla tanış ola bilirlər.
“Laborator analiz nəticələrim” məlumatları üzrə istifadə qaydası:
“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
“Laborator analiz nəticələrim” seçilir.
Məlumatlarla tanış olunur.
Bu yeniliklər vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.
Bu bölməyə aid digər xəbərlər
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
23.07.2025 | 15:11
İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT
05.07.2025 | 16:06
Ambulator tibbi kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir
04.07.2025 | 14:49
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub
21.06.2025 | 15:22
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025 | 19:31
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı xəstəxana”lar əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək
09.06.2021 | 13:20
Tibbi cihazların enerji ilə doldurulmasının YENİ ÜSULU
01.04.2021 | 10:33
Səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib (Fotolar)
16.03.2021 | 20:43
Səhiyyə Nazirliyi yeni “Video Doktor” adlı mobil tətbiqi istifadəyə verib
22.08.2020 | 22:37
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

