Tibbi cihazların enerji ilə doldurulmasının YENİ ÜSULU
01.04.2021 10:33

Beynəlxalq tədqiqatçılar komandası xəstənin həyati əhəmiyyətli göstəricilərini ölçən simsiz tibbi cihazların enerji ilə doldurulmasında radiodalğalardan istifadə etməyi təklif edir.

 

hightech.plus saytı xəbər verir ki, hazırda tibbi təyinata malik daşınan elektronika qurğuları üçün müasir enerji mənbələrinin bəzi çatışmazlıqları var. Məsələn, fotoelementləri günəş şüaları altında saxlamaq lazımdır. Triboelektrik qurğular daimi hərəkət tələb edir.

 

Pensilvaniya Universitetinin professoru Larri Çenin rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən relektronikanın radiodalğaların köməyilə enerji ilə doldurulması texnologiyası hazırlanıb.

 

Alimlər tibbi sensorlar tərəfindən toplanılan məlumatları simsiz ötürə bilən elastik genişzolaqlı vibrator antena hazırlayıblar. Genişzolaqlı konstruksiya nəticəsində qurğu dartıldıqda, büküldükdə və ya əyildikdə belə paylama funksiyası qorunub saxlanılır.

 

Bundan sonra sistem elektromaqnit dalğalarının enerjisini elektrik enerjisinə çevirə bilən elastik düzləndiriciyə qoşulub. Nəticədə elektrik enerjisi ilə simsiz qurğular, akkumulyatorlar və superkondensatorları enerji ilə doldurmaq mümkün olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır