“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
23.07.2025 15:11
Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.
Aztibb.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar “mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.
İnstrumental diaqnostik müayinə nəticələri vətəndaşlara tibbi göstəriş əsasında təqdim olunan və onların müalicə prosesində istifadə edilən rəsmi tibbi sənəddir.
Tibbi göndərişlər isə vətəndaşların müvafiq müayinələrə və ya stasionar müalicəyə yönləndirilməsi məqsədilə təqdim olunan rəsmi tibbi sənəddir.
Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür.
Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.
Xatırladaq ki, laborator analiz nəticələri barədə məlumatları da birbaşa mygov platformasından əldə etmək mümkündür.
Bu bölməyə aid digər xəbərlər
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
23.07.2025 | 15:11
İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT
05.07.2025 | 16:06
Ambulator tibbi kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir
04.07.2025 | 14:49
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan olub
21.06.2025 | 15:22
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025 | 19:31
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı xəstəxana”lar əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək
09.06.2021 | 13:20
Tibbi cihazların enerji ilə doldurulmasının YENİ ÜSULU
01.04.2021 | 10:33
Səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib (Fotolar)
16.03.2021 | 20:43
Səhiyyə Nazirliyi yeni “Video Doktor” adlı mobil tətbiqi istifadəyə verib
22.08.2020 | 22:37
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”
02.10.2026 | 12:07
Diabet və böyrəklər: səssiz təhlükə
02.10.2026 | 11:23
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir
03.10.2026 | 17:27
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
04.10.2026 | 14:34
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
03.10.2026 | 13:16
ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib
02.10.2026 | 10:56
Gəncədə "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir
02.10.2026 | 16:54

