Ambulator tibbi kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir  
04.07.2025 14:49
2023-2024-cü illər ərzində 13 və 20 nömrəli Uşaq Poliklinikalarında həyata keçirilən “Ambulator tibbi kitabçaların elektronlaşdırılması” istiqamətində pilot layihənin uğurlu nəticələri nəzərə alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də ambulator kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir.
 
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, artıq paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3, 16, 19, 39 nömrəli Şəhər Poliklinikaları, 2 nömrəli Qadın Məsləhətxanası, 1 və 5 nömrəli Tələbə Poliklinikaları, 5 və 10 nömrəli Uşaq Poliklinikaları, Nəsimi rayonu üzrə 5 və 20 nömrəli Şəhər, 1, 3 və 12 nömrəli Uşaq Poliklinikaları, 3 nömrəli Qadın Məsləhətxanası, Suraxanı rayonu üzrə Hövsan Sağlamlıq Mərkəzi, Binəqədi rayonunda isə 25 nömrəli Şəhər Poliklinikasında vətəndaşlara məxsus ambulator tibbi kitabçalarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
 
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirilən bu proses ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaşların sürətli şəkildə müvafiq həkimə yönləndirilməsinə imkan verir.
 
Belə ki, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı. Ambulator tibbi kitabçaların axtarılması, həmçinin, vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Eyni zamanda, bu, həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Sözügedən proses tam yekunlaşdıqdan sonra vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq.
 
Qeyd edək ki, ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır