ÜST qarşıdakı qrip mövsümünə dair xəbərdarlıq edib
20.08.2020 20:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qarşıdakı qrip mövsümünə hazırlaşmağı tövsiyə edib.

 

Aztibb.az xəbər verir ki, büro rəhbəri Hans Kluqe onlayn formatda keçirilən brifinqdə koronavirusla yanaşı, qripə yoluxmanı da diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb və qrip əleyhinə peyvəndlər sayəsində əhalinin risk qruplarını qorumağa çağırıb. Onun sözlərinə görə, bu il qrip əleyhinə peyvəndlər xüsusilə əhəmiyyət daşıyacaq, çünki qripə yoluxanların mümkün qədər az olması xəstəxana və səhiyyə sisteminin yüklənməsinin qarşısını ala və səhiyyə işçilərinin koronavirus pasiyentlərini diqqətdə saxlamalarına kömək edə bilər.

 

H.Kluqe, həmçinin qeyd edib ki, hazırda pandemiyanın episentri Avropadan Amerika və digər regionlara keçsə də, bu, Avropa ölkələrində arxayınlıq yaratmamalıdır. Koronavirusa qarşı mübarizə tam gücü ilə davam etdirilməli və eyni zamanda paralel olaraq qarşıdakı qrip mövsümü də nəzərdən qaçırılmamalıdır.


Avqustun ilk həftəsində Avropada iyunun ilk həftəsi ilə müqayisədə, 40 min yoluxmanın qeydə alınması narahatlıq doğursa da, büro rəhbəri səhiyyə qurumlarının hazırda vəziyyəti və yoluxma trendlərini daha yaxşı nəzarətdə saxlaya bildiklərini də qeyd edib. O, bildirib ki, indiki vəziyyəti fevral ayı ilə müqayisə etmək olmaz, indi artıq virusa qarşı mübarizənin necə təşkil olunmasına dair təcrübə toplanılıb və yoluxma klasterlərinin aradan qaldırılması daha yaxşı həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır