Allergiyalı körpələri necə qidalandırmaq lazımdır?
04.06.2021 10:09

Son zamanlar azyaşlı uşaqların əksəriyyətində allergik reaksiyalar meydana çıxır. Allergik reaksiyalara ən çox da qida qəbulundan sonra rast gəlinir. Qida allergiyası son illər əksər uşaqların probleminə çevrilib. Qida allergiyasının baş verməsində ekoloji faktorların, qeyri-təbii qidaların və s. rolu böyükdür. Mütəxəssislər uşaqlarda allergiyanın əmələ gəlməsində ananın hamiləlik zamanı keçirdiyi stresslərin də rolu olduğunu söyləyir.

 

Aztibb.az xəbər verir ki, allergiyanın əmələ gəlmsinə allergenlər səbəb olur. Allergenlər orqanizmə allergik reyaksiyaların əmələ gəlməsinə şərait yaradır. Allergiya azyaşı uşaqlara özünü ən tez dəri səpgiləri ilə büruzə verir. Bunun baş verməməsi üçün isə azyaşlı uşaqlara qida verərkən analar diqqətli olmalıdır. Allergiya uşaqlarda özünü əsasən aşağıdakı əlamətlərlə göstərir:

- bədənin müxtəlif yerlərində səpgilər;
- dəridə quruluq və kəpəkləşmələr;
- dəridə qızartıların və qaşınmaların meydana gəlməsi.

 

Orqanizmdə əmələ gələn allergiyaların ən ağır formalarında şişkinliklər meydana çıxır. Bəzi hallarda isə tənəffüs yollarında xəstəlik əlamətlərinin meydana çıxması baş verir. Bu zaman azyaşlı uşaqda astma xəstəliyinin əlamətləri özünü göstərir. Xəstəlik ağırlaşdıqca atopik dermatit əmələ gəlir. Ağırlaşmaların əmələ gəlməməsi üçün isə ana uşağını yedirdiyi zaman diqqətli davranmalıdır. Bunun üçün əlavə qidaya keçilən zaman uşağa yeni qidadan az miqdar vermək və qidanın allergiyaya səbəb olub-olmamasını diqqətlə izləmək lazımdır. Uşaqda allergiya əlamətlərinin meydana çıxdığı gün uşağı mütləq həkimə aparmaq lazımdır.

 

Mütəxəssislər ana südü ilə qidalanan uşaqlarda allergiya əlamətlərinin olmadığını qeyd edərək anaları uşaqlarını ana südü ilə qidalandırmağı məsləhət bilir. Çünki ana südü ilə qidalanan uşaqlarda immunitet yüksək olur və onlarda allergiya xəstəliyinə az rast gəlinir.

 

Uşaqlarda laktoza çatışmazlığı olduğu zaman uşaqlara 6 ayına kimi keçi südü vermək tövsiyə edilir. Allergiyaya meyilli uşaqlara rəngli tərəvəzlərdən püre hazırlayarkən daha diqqətli olmaq lazımdır. Çünki allergiyalı uşaqlara rəngli qidalar verdikdə allergenlər hərəkətə gəlir. Buna görə də yeni qidanı uşağa verərəkən günün birinci yarısında az miqdar vermək və nəticəni gözləmək lazımdır. Əgər yeni qida uşaqda allergiyanın əmələ gəlməsinə səbəb olmasa, o zaman qidanın qalanını uşağa yedizdirmək olar.

Ən yaxşı vasitə isə anaın uşağa verdiyi qidaları hər gün qeyd etməsidir. Bu qeydlər ən çox da dərisində səpgilər meydana çıxan uşaqların anaları tərəfindən tutulmalıdır. Qeydlərdə uşağa verilən qidaların adları, verilmə saatları və uşağın qidaya verdiyi reyaksiyalar qeyd edilməlidir. Bu yolla uşağın hansı qidaya qarşı allergiyası olub-olmamasını təyin etmək mümükün olur.

 

Adətən südəmər dövründə uşaqların sitrus meyvələrə, zülallı qidalara qarşı qida allergiyası olur. Bu yaşda olan uşaqlar ekoloji təmiz qidalarla qidalanmalı və sağlam həyat tərzi sürməlidirlər. Onlara marketlərdə satılan peçenyəlardan vermək olmaz. Belə uşaqlara yumurta sarısını da verən zaman diqqətli olmaq lazımdır.

 

Allergiyası olan uşaqlara qida hazırlayan zaman aşağıdakılara əməl etmək lazımdır:


* düyü və düyü kimi qidalardan yemək hazırlamaq lazım gəldikdə əvvəlcədən onu suda saxlamaq və və suyu tullayıb yeni suda bişirmək;
* əti suda saxlayıb sonra bişirmək lazımdır;
* uşaqlara yarımfabrikat mallar, konservlər vermək olmaz.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb