Səhhiyə turizmi dünya ölkələrinin gündəmində ­– Qlobal narahatlıq
30.05.2021 13:05

Dünyanın bəzi yerlərində, xüsusilə də qabaqcıl ölkələrdə pandemiyadan öncəki dönəmə bənzər normal geri dönüş başlayıb və beynəlxalq turizm yenidən bərpa edilməkdədir.

 

Aztibb.az xəbər verir ki, inkişaf etmiş ölkələr gücləndirilmiş səhiyyə sistemləri və rekord səviyyədə peyvənd idxalı ilə COVID-19 pandemiyasını geridə qoymağa başladıqdan sonra öz aralarında səyahət və səhiyyə turizmi məhdudiyyətlərini də azaltmağa hazırlaşırlar.

 

Digər Hindistan və Braziliya kimi inkişaf etməkdə olan ölkələr isə pandemiyanın ən pis günlərini yaşayırlar. Bu da həmin ölkələrdə önləmə tədbirlərinin və peyvənd kampaniyalarının zəif təşkili ilə əlaqədardır.

 

G20 ölkələrinin turizm nazirləri mayın əvvəli birgə videokonfransa qatılıblar. Tədbirdə beynəlxalq səyahətləri bərpa etmək imkanları müzakirə edilib. "Təhlükəsiz mobillik” və COVID-19 pandemiyası dövründə insanların təhlükəsiz sərbəst hərəkətini asanlaşdırmağı nəzərdə tutan Rəqəmsal Yaşıl Sertifikatın tətbiqinin səyahət və tibbi turizmin inkişafına necə dəstək verəcəyi iclasın əsas prioriteti olub. 

 

Dünya Səyahət və Turizm Şurasının məlumatlarına görə, iqtisadiyyatın ən vacib sahələrindən biri olan turizm sektorunun qlobal iqtisadiyyatda payı yarıya enib. Bu baxımdan, G20 bəyanatına əsasən "Təhlükəsiz mobillik” beynəlxalq turizm və ümumi iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır.

 

Hazırda dünyanın çox ölkəsində səhiyyə turizmi ilə əlaqədar müraciətlər nəzərdən keçirilir, dövlətlər arasında ortaq platformaların yaradılması məsələləri müzakirə olunur.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub