ECMO-nun tətbiqindən sonra distress sindromlu xəstələrin yaşama şansı 50%-ə qədər artır - KONFRANS
19.05.2021 16:47
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiz terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev 17-19 may 2021-ci il tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Uptodate in Medicine”nin birgə təşkilatçılığı ilə keçirilən “Tənəffüsə dəstək strategiyaları və ventilyasiya” üzrə onlayn təlimdə “COVID-19 xəsətlərində ECMO tətbiqi” mövzusunda çıxış edib.
 
Aztibb.az xəbər verir ki, Mehdi Əliyev çıxışında bildirib ki, ağır gedişli kəskin respirator distress sindromlu (ARDS) xəstələrdə mexaniki və baro travmaların nəticəsi olaraq alveolyar hüceyrələrin yırtılması və nekrozu baş verə bilər. Bu, orqanizmin pulmonar və sistemik iltihabi reaksiyasını kəskin artıraraq, xəstələrin ölüm faizini yüksəldir. Artan ölüm faizlərini azaltmaq məqsədi ilə ARDS-li xəstələrə ECMO tətbiq edilməyə başlandı.
 
ECMO tətbiqindən sonra respirator distress sindromlu xəstələrin yaşama şansı 50%-ə qədər artır. ECMO kəskin və geridönən ağciyər və ürək çatışmazlığında əlavə köməkçi vasitə kimi müvəqqəti istifadə olunan kardiopulmonar baypas cihazıdır. Ağır COVID-19 xəstələrinin müalicəsində istifadə olunan ECMO ağciyərlərdəki qazlar mübadiləsini və qan dövranını bədəndən kənarda mexaniki olaraq təmin edən vasitədir.
 
Onun sözlərinə görə, ECMO xəstəliyi müalicə etmir, lakin dəstəkləyici terapiyanı təmin edir. Hipoksemiya və hiperkapniyanı aradan qaldırmaqla ağciyərlərin işini müvvəqəti olaraq öz üzərinə götürür və ağciyərlərə əlavə zədə yetirmədən iş yükünü azaldaraq, qısa zamanda müalicə etməyə şərait yaradır.
 
Qeyd edək ki, 1971-ci ildə Dr. J.D. Hill ilk dəfə kəskin respirator distress sindrom diaqnozlu 24 yaşlı kişi xəstədə ekstrakorporal Bramson membran oksigenatorunu əməliyyatxana xarici istifadə edərək müsbət nəticə əldə etmişdir. 2019-cu ildən Çinin Wuhan şəhərindən epidemya şəklində başlayıb sonra pandemiyaya çevrilən COVID-19 virusunun yaratdığı xəstəlik zamanı xəstələrdə qısa zamanda ARDS inkişaf etdiyi üçün, bu xəstələrin ən ağır formalarına ECMO tətbiq edilməyə başlanıldı.
 
Əgər xəstədə korreksiya olunmayan tənəffüs asidozu, ağciyərlərdə davamlı hava qacağı sindromu varsa, xəstə pron vəziyyətdə, miorelanksant, inhalyasion bronxodilatatorlar alırsa, bu zaman ECMO haqqında düşünmək lazımdır. COVID-19 pandemiyası zamanı aparılan geniş araşdırmalar konvensional terapiyaya cavab verməyən ağır ARDS xəstələrin sağalmasında VV-ECMo-nun faydalı olduğunu təsdiqləmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub