Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Departament direktoru ilə görüş olub
02.05.2024 15:28

Azərbaycan Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və Sosial İnkişaf Departamentinin direktoru Sofiya Şakil ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Nazirlikdən verilib.

 

Bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın olduğunu bildirərək, son illər birgə regional fəaliyyətin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

 

Mütərəqqi texnoloji həlldən istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev, sektorun təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Nazirin sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirməsinə önəm verir.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən AİB-nin Departament direktoru ölkəmizin səhiyyə sistemində aparılan innovativ islahatların dəstəkləndiyini vurğulayıb. Sofiya Şakil Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyasının (ÖTS) həyata keçirməsinə başladığını qeyd edib.

 

Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlıq hədəflərini müəyyən edir. Sofiya Şakil Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan səhiyyə sektoruna hər zaman dəstəklənməsinə hazır olduğunu da vurğulayıb.

 

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır