Avropa Pediatrları Assosiasiyasının XI Konqresində ilk dəfə Azərbaycan milli sessiyası keçirilib
27.04.2024 13:37

Türkiyənin Bələk şəhərində Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqının (EPA-UNEPSA, ARS) XI Konqresi keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, dünyanın 60-dan çox ölkəsindən iştirakçısı olan bu mötəbər tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Tibb Universitetinin əməkdaşları və Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri də olub.

 

Konqresdə ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyası tərəfindən Azərbaycan Milli Sessiyasını təşkil edilib.

 

On iki ildən çoxdur EPA-UNEPSA-nın üzvü olan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA)  sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə tədbirdə “Tibb təhsilində bioetikanın inteqrasiyasının əhəmiyyəti” mövzusunda  məruzə ilə çıxış edib.

 

Eyni zamanda, APA-nın üzvləri – tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyeva “Uzun müddət davam edən COVID zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası”, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Xroniki xəstəliklər üçün peyvəndlər və onlar haqqında yeniliklər”, endokrinoloq İlkin Məcidov “Anadangəlmə hipotireoz” mövzularında təqdimat keçiriblər. Çıxışlardan ələvə konqresin xüsusi poster sərgisində həkimlərimizin 3 poster məruzəsi də təqdim edilib.

 

Məhsuldar keçən tədbirin sonunda APA-nın sədri T.Tağızadə və bir sıra üzvləri konqresin işinə verdikləri töhfəyə görə “EPA-UNEPSA-nın elm medalı”, digər iştirakçılar isə TÜBİTAK və Avropa təşkilatının sertifikatları və təqdirnamələri ilə təltif olunublar.

 

Qeyd edək ki, APA üzvlərinin konqresə təqdim etdiyi məqalələrin nüfuzlu “British Medical Journal”da dərc edilməsi nəzərdə tutulub.

 

EPA-UNEPSA Konresində pediatriya sahəsində çalışan həkim-mütəxəssislər üçün bu sahəyə dair aktual mövzular üzrə ən son tədqiqatlar, perspektivlər və kliniki bacarıqlara dair praktiki kurslar təqdim edilir.  Tədbirin məqsədi Avropada, həmçinin beynəlxalq miqyasda uşaq sağlamlığını qorumaq, pediatriyada olan mühüm problemlərə diqqəti artırmaqdan ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır