ÜST İrana 100 ədəd kompüter tomoqrafiya aparatı verib
19.08.2020 15:22

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizənin səmərəsini artırmaq məqsədilə İrana 100 ədəd kompüter tomoqrafiya aparatı verib.

Aztibb.az xəbər verir ki, bu barədə ÜST-ün İran üzrə təmsilçisi Kristof Hamelman məlumat verib. O, qeyd edib ki, təşkilat hər zaman İrana yardım etməyə hazırdır. Onun sözlərinə görə, bu aparatlarla insanların ciyərləri müayinədən keçiriləcək və virusa yoluxma aşkar ediləcək. Kompüter tomoqrafiya aparatının hər birinin qiyməti 3 milyon dollar dəyərindədir. Bu avadanlıqlar Yaponiya və Küveytin maliyyə dəstəyi ilə alınıb.


İranın Səhiyyə Nazirliyi açıqlama verərək ÜST-ün bu addımını yüksək qiymətləndirib və təşəkkür edib.

 

Qeyd olunub ki, bu avadanlıqlar müxtəlif vilayətlərin xəstəxanalarında quraşdırılaraq əhaliyə xidmət göstərəcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır