ÜST-ün rəhbəri COVID-19-a qarşı qlobal vaksinləşdirmə planı təklif edib
19.08.2020 12:20

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus COVID-19-a qarşı vaksinin yaradılması və istehsalı məsələsində əvvəl yol verilmiş səhvləri bir daha təkrar etməməyə, bu problemin həllinə təcridçilik mövqeyindən yanaşmadan imtina etməyə çağırıb.

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Gebreyesus vaksinləşdirmənin iki mərhələdən ibarət qlobal planını təklif edib. ÜST-ün əsas şirkət və qruplarla hər həftə keçirdiyi görüşlər sayəsində Ümumdünya Ərzaq Proqramının əməkdaşları ilə əməkdaşlıq şəraitində tibbi təyinatlı yüklərin çatdırılması, saxlanması və daşınması üçün doqquz paylaşdırma mərkəzi yaradılıb. Beləliklə, tibbi materialların, o cümlədən COVID-19-a qarşı mübarizə üçün qoruyucu vasitələrin fasiləsiz təchizatını təmin etmək mümkün olub. ÜST-ün bu layihələrinin həyata keçirilməsində ona UNICEF, habelə özəl təşkilatlar, o cümlədən Bill və Melinda Geyts Fondu kömək edib.

ÜST rəhbəri xatırladıb ki, məhz dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlıq sayəsində fərdi müdafiə vasitələri və diaqnostika dəstləri istehsalı artırılıb, bu da öz növbəsində həmin mallara tələbatın ədalətli şəkildə təmin edilməsinə imkan verib. Hazırda ÜST hökumətlər və özəl sektor ilə əməkdaşlıq şəraitində elmi tədqiqatları fəallaşdırmaq və innovasiyaların üstünlüklərindən hər kəsin istifadə edə bilməsinə təminat vermək üzərində iş aparır. Məsələn, COVID-19-a qarşı təsirli vaksin yaradılan kimi ÜST-ün strateji məşvərət qrupu həmin vaksinin tətbiq edilməsi ilə bağlı tövsiyələr verəcək.

Qlobal proqramın ikinci mərhələsində təhdidlərin miqyası və əhalinin daha həssas təbəqələri nəzərə alınacaq. İlk növbədə həkimlər və sosial işçilər, həmçinin xroniki xəstəlikləri olan ahıl adamlardan söhbət gedir.

Doktor Tedros bu qlobal proqramı orkestr ilə müqayisə edib: musiqinin yaxşı səslənməsi üçün bütün musiqiçilər bir-biri ilə həmahəng ifa etməlidirlər. ÜST-ün rəhbəri xəbərdarlıq edib: “İndi bütün dünya bir və ya iki aləti gərgin vəziyyətdə dinləyir, lakin bu kifayət deyil. Biz birlikdə “orkestr” şəklində elmi inkişaf etdirəcək, problemin həlli yollarını axtaracağıq. Biz ürəkdən inanırıq ki, əlbir işləyəndə ən yaxşı nəticəyə nail olacağıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır