Birinci və ikinci dozada fərqli peyvəndlərdən istifadə edilə bilərmi? – Araşdırma
07.05.2021 15:28

İngiltərə son aylarda birinci və ikinci dozalarda fərqli koronavirus peyvəndlərinin istifadəsinə dair araşdırmaların genişləndirildiyini açıqlayıb.

 

“Fərqli peyvəndlərdən istifadənin mümkünlüyü fikri vektor əsaslı peyvəndlər (AstraZeneca, Biontech, Sputnik V) üçün müəyyən mənada keçərlidir. Lakin müxtəlif texnologiyalar vastəsiylə hazırlanan peyvəndlərin orqanizmə necə reaksiya verecəyi sual altındadır", – deyə mütəxəssislər bildirib.

 

Aztibb.az xəbər verir ki, sözügedən araşdırma yeni növ viruslara qarşı orqanizmdə immun sistemin gücləndirilməsi üçün daha təsirli peyvəndlərin hazırlanmasına yönəlib. Tədqiqat həm də sınaqlardan sonra yüksək təsirliliyi təqsdiq oluna peyvənd proqramlarına üstünlük verilməsini hədəfləyir.

 

Fərqli peyvəndlərdən istifadə ilə bağlı sınaqlar ebola epidemiyası zamanı da həyata keçirilib. “Vaksinasiya bir peyvəndlə başlanıb, ikinci dozada fərqli bir peyvəndlə davam etdirilə bilərmi?” fikrinə dair uzun müddətdir ki, alimlərin müxtəlif yanaşmaları var.

 

İngiltərədə başlanan bu araşdırmanın ana xətti iki fərqli peyvəndi – “AstraZeneca” və “Biontech”i texnoloji üsul tətbiq etməklə qarşılaşdırmaq və nəticələri öyrənməkdir. Hələ ki, hökumət fərqli peyvəndlərin vurulmasını tövsiyə etməyib. Fransa və Almaniyaya gəldikdə isə iki fərqli peyvənddən istifadə, aralarındakı müddət 8 həftə olmaq şərti ilə uğyun bilinir.   

 

“Cəmiyyətdə fərqli peyvəndlərdən istifadə ilə bağlı ictimai narahatlıq var. Digər yandan da iki fərqli peyvənd vurulan insanlarda eyni vaxtda hər iki peyvəndin əks təsirlərinin baş vermə ehtimalı düzgün qiymətləndirmə aparmaq baxımından çətinlik yaradır. Belə olan halda, doğru olan araşdırmanın nəticələrini gözləməkdir”– deyə bildirilib.  

 

Mütəxəssislər eyni zamanda, vaksin tədarükünün vaxtında həyata keçirilməsinin zəruriliyini də vurğulayıblar. Çünki eyni vaxtda infeksiya da yayılmağa davam edir. Yoluxma nə qədər çox baş verirsə, virusun mutasiyaya uğraması da bir o qədər sürətli olur. Belə olan halda, vaksinin yararlılığı da gözlənilən qədər olmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev