Həddindən artıq COVID-19 peyvəndi immunitet sisteminə zərər verməyib - TƏCRÜBƏ
12.03.2024 12:19

Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin alman tibb alimləri koronavirus infeksiyasına qarşı könüllü olaraq 200-dən çox peyvənd alan bir insanın immun toxunulmazlığını öyrəniblər.


Aztibb.az xəbər verir ki, müvafiq hesabat “The Lancet Infectious Diseases” jurnalında dərc edilib.

Bu hadisədən əvvəl belə hiper peyvəndin immunitet sisteminə nə qədər təsir etdiyi bəlli deyildi. Bir sıra ekspertlər antigenlərə öyrəşdikdən sonra immun hüceyrələrin daha az təsirli olacağına inanırdılar. Ancaq həmin adam üçün bu baş verməyib. Onun immun sistemi tam funksional olaraq qalıb.

Qan testləri göstərib ki, SARS-CoV-2-yə qarşı müəyyən immun hüceyrələri və antikorlar kişi orqanizmində Covid əleyhinə peyvəndin üç dozası olan insanlara nisbətən xeyli yüksək konsentrasiyalarda mövcuddur.

Tədqiqatçılar effektor hüceyrələrdə heç bir yorğunluq aşkar etməyiblər və onlar adi peyvənd sayına malik nəzarət hüceyrələri kimi effektiv olublar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır