ÜST koronavirusun mənşəyini yenidən araşdırmalıdır - Alimlərdən ÇAĞIRIŞ  
03.05.2021 14:49

Alimlər Ümumdünya Səhiyyə Təşkilatını  (ÜST) yeni koronavirus növünün mənşəyini tapmaq üçün virusun heyvanlardan başqa digər yoluxma imkanlarını da araşdırmağa çağırıblar.

 

Aztibb.az xəbər verir ki, “Bloomberg”in hesabatına görə, dünyanın müxtəlif yerlərindən 20 alimin ÜST-ə ünvanladıqları açıq məktubda koronavirusun mənşəyi ilə bağlı araşdırma aparmaq üçün yeni bir heyətin qurulması barədə tələb yer alıb.

 

Məktubda yeni nümayəndə heyətinin bir çox ölkələrdə dövlət rəsmilərinin iştirakı olmadan araşdırmalar aparması, nümayəndə heyətinə üzvlər seçilərkən ev sahibliyi edən ölkə tərəfindən veto qoyulmaması, araşdırma zamanı əldə olunan və qorunan məlumat, qeyd və nümunələrə tam giriş haqqının təmin edilməsi  və s. kimi şərtlər əksini tapıb.

 

COVID-19-un ətrafa laboratoriyadan yayılmasına dair iddialar yenidən gündəmə gətirildi 

 

ÜST COVID-19-un mənşəyini araşdırmaq üçün hadisələrin ilk ortaya çıxdığı Çinin Uhan şəhərinə beynəlxalq alimlərdən ibarət bir heyət göndərdi. Tədqiqat qrupu Uhan Dəniz Qidaları Bazarında və virusun qəza nəticəsində yayılmasına dair iddialara səbəb olan Uhan Viroloji İnstitutunda araşdırmalar apardı.  

 

2002-2003-cü illərdə SARS epidemiyasından sonra yarasa koronavirusunun genetik məlumatlarının olduğu bir arxivi yaratmaq məqsədilə qurulan Uhan Viroloji İnstitutu COVID-19-un buradakı laboratoriyada süni şəkildə istehsal edilməsi və yalnışlıqla ətrafa yoluxması iddialarına səbəb oldu.  

 

Çinli rəsmilər isə bu iddiaları rədd edərək, COVID-19-un başqa bir ölkədə yarandığını və Çinə dondurulmuş dəniz məhsullarının idaxlı yolu ilə gətirildiyinə dair sübut olunmayan əks iddialarla çıxış etdilər.

 

İlk yoluxma Uhandakı qida bazarında baş verdi

 

2019-cu ilin 31 dekabrında ÜST-ə Çinin Hubey vilayətinin Uhan şəhərində insanların mənşəyi bilinməyən bir xəstəliyə yoluxması barədə məlumat verildi. Beləliklə, COVID-19-un baş verməsi barədə xəbər dünyaya yayıldı. Xəstəlik öncə Uhan şəhərindəki dəniz məhsulları bazarını ziyarət edən insanlarda rast gəlindi və ilk xəstə noyabrın 17-si tarixində səbəbi bilinməyən tənəffüs xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Qısa müddətdə ağciyər iltihabına səbəb olan bu xəstəliyin yarasalarda rast gəinən mutasiyaya uğramış bir beta koronavirusu olduğu təxmin edildi və yeni növ koronavirus kimi tanındı.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır