Peyvənd olunan hər kəs rahatlıqla səyahətə çıxa bilər
22.04.2021 16:39

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə peyvənd olunmaq ilk növbədə hər kəsin sağlamlığı üçün çox vacib məsələdir. Peyvənd süni immunitet yaratmaqla virusa qarşı mübarizəni bir qədər asanlaşdırır. Mütəxəssislərin fikrincə, peyvənd olunanların əksəriyyəti virusa yoluxmur, yoluxanlar isə xəstəliyi yüngül keçirirlər.

 

Qarşıdan gələn yay mövsümü zamanı istirahət və işgüzar görüşlərlə əlaqədar xaricə səfər edənlər olacaq. Bu halda vətəndaşların ikinci doza vaksinasiyasını həyata keçirilmə və ya onlar səfərə getdiyi ölkədə vaksin olunmaq qaydası təbii ki, maraq doğuran məsələdir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva deyib: “Azərbaycanda birinci peyvənd dozasını alanların getdikləri ölkədə ikinci dozanı almaq imkanları yoxdur. Məlum olduğu kimi, ikinci dozanın vurulma müddəti 28-35 gün arasıdır. İkinci dozanı 28-ci gündə qəbul etməyə çalışmaq lazımdır. Obyektiv səbəblərdən bu, mümkün olmadıqda 35 günə qədər sistem aktiv vəziyyətdə olur və ikinci dozanı həmin günlərdə qəbul etmək olar. Ona görə də səyahətə getməyi pılanlaşdıranlar bunu nəzərə alaraq, ya ikinci dozanı alıb gedə, ya da səhayətdən qayıdandan sonra həmin müddətdə ikinci dozanı qəbul edə bilərlər”.

 

TƏBİB-in nümayəndəsi onu da qeyd edib ki, xaricdəki həmyerlilərimiz yaşadıqları ölkənin əcnəbilər üçün nəzərdə tutulan vaksinasiya xidmətlərindən də yararlana bilərlər: “Onlar yaşadıqları ölkədə tətbiq edilən vaksin strategiyasının qayda-qanunları çərçivəsində peyvənd vurdura bilərlər. Əgər həmin ölkədə bu proqram icra olunmursa və yaxud əcnəbi vətəndaşlar vaksinasiyaya cəlb olunmursa, onda ölkəmizə gələrək peyvənd edilə bilərlər”.

 

Peyvənd olunan hər kəs rahatlıqla ölkəni tərk edə bilər. Ona görə də səfəri hər iki peyvənd dozası qəbul ediuləndən sonrakı tarixlərdə həyata keçirmək daha yaxşı olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib